Çavuşoğlunun Blinkenə zəngi - Qafqazdakı proseslər müzakirə olundu

04 yanvar, 2022 00:42

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ABŞ dövlət katibi Antoni Blinken arasında baş tutan telefon danışığında Qafqazda baş verən proseslər müzakirə olunub.

Danışıqlarda yaxın günlərdə keçiriləcək NATO və ATƏT toplantılarından əvvəl Rusiya-Ukrayna gərginliyi, Türkiyə-ABŞ ikitərəfli münasibətləri, xüsusilə strateji mexanizmin aktivləşdirilməsi diqqət mərkəzində olub.

İki ölkə rəsmiləri, həmçinin Sudan, Efiopiya və Qafqazda baş verən prosesləri müzakirə ediblər.