Ermənistan PUA-sı məhv edildi - VİDEO

21 sentyabr, 2020 01:37

Sentyabrın 20-si saat 23.13-də Ermənistan silahlı qüvvələrinin bölmələrinə məxsus taktiki pilotsuz uçuş aparatı (PUA) Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən məhv edilib.

Azsiyasət.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin məlumatında deyilir.

Bildirilib ki, hazırda məhv edilmiş PUA-nın qalıqlarının aşkar olunması istiqamətində axtarış aparılır.