Tokayev günahkarların adlarını açıqladı - Qiymətlərlə bağlı radikal qərarlar verildi

05 yanvar, 2022 16:13

Yeni ilin ilk günlərində Qazaxıstanın Manqistau vilayətinin Janaozen və Aktau şəhərlərinin sakinlərinin başlatdığı etiraz aksiyaları demək olar ki, bütün ölkəni bürüməkdədir. Artıq paytaxt Astana və Alma-Ata şəhərlərində də kütləvi aksiyalar keçirilib, həbs olunanlar və xəsarət alanlar var. Xarici media orqanları xəbər verirlər ki, görülən tədbirlərə baxmayaraq, etirazlar səngimək bilmir.

Bu arada ölkədə yaranmış vəziyyətlə bağlı hökumətin geniş iclasını keçirən Prezident Kasım-Jomart Tokayev baş verən gərginliklə bağlı məsuliyyəti hökumətin üzərinə atıb. Artıq xəbər verildiyi kimi, hökumət tam tərkibdə istefaya göndərilib və Baş nazir səlahiyyətləri Əsgər Mamindən alınaraq Əlixan Smailova verilib.

Qazaxıstan mətbuatı xəbər verir ki, Tokayev əsas günahın ölkənin Energetika Nazirliyində, eləcə də “Kazmunayqaz” və “Kazakqaz” şirkətlərində olduğunu bəyan edib.

Prezident deyib ki, sözügedən nazirlik sıxılmış təbii qazın qiymətinin elektron ticarət vasitəsilə tənzimlənməsi prosesində kobud səhvlərə yol verib.

Adı çəkilən şirkətlər isə yaranmış vəziyyətdən öz mənfəəti üçün istifadə edib. Məlumat verildiyi kimi, etirazların başladığı Janaozen rayonundakı təbii qaz emalı zavodunun direktoru da artıq həbs olunub. Tokayev həmçinin, Dövlət katibini və Dövlət Təhlükəsizlik Komitəsi sədrini də vəzifəsindən azad edib.

Bunlarla yanaşı, Tokayev təkcə sıxılmış qaz deyil, bir çox məhsullar və kommunal xidmətlərlə də bağlı rəsmi göstərişlər verib.

Belə ki, Prezident hökumətə sosial əhəmiyyət daşıyan məhsulların qiymətini tənzimləməklə bağlı tapşırıq verib. Həmçinin, 6 ay müddətinə kommunal xidmətlərin qiymətinin artırılmasına qadağa qoyub.

Eləcə də, aztəminatlı ailələrin kirayə haqlarına görə subsidiyalar ayrılması və onların vəziyyətinin yaxşılaşdırılması məqsədilə xüsusi fond yaradılmasını tapşırıb.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"