Tokayev kömək üçün KTMT-yə müraciət etdi

05 yanvar, 2022 23:49

Qazaxıstan Prezidenti Kasım Jomart-Tokayev "terror təhlükəsinin aradan qaldırılmasına kömək göstərilməsi xahişi ilə" Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) dövlət başçılarına müraciət edib.

Bu barədə "Sputnik Qazaxıstan" məlumat yayıb.

“KTMT tərəfdaşlarına müraciət etməyi məqsədəuyğun və vaxtında olunmuş müraciət hesab edirəm", - deyə Tokayev bildirib. 

Onun sözlərinə görə, söhbət dövlətin bütövlüyünə təhlükə və vətəndaşlara qarşı hücumlardan gedir.