"KTMT-yə üzv dövlətlərin rəhbərləri ilə Qazaxıstana dair məsləhətləşmələrə başlayıram" Paşinyan
06 yanvar, 2022 00:05
Ermənistanın baş naziri Nikol Paşinyan Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevlə telefon danışığından sonra Qazaxıstandakı vəziyyətlə əlaqədar digər KTMT ölkələrinin rəhbərləri ilə məsləhətləşmələrə başladığını bildirib.
Bu barədə erməni mediası məlumat yayıb.
“Mən bir az əvvəl Qazaxıstan prezidenti Kasım-Jomard Tokayevlə telefonla danışdım. Qazaxıstan Prezidentinin bəyanatını nəzərə alaraq, KTMT sədri kimi dərhal üzv dövlətlərin rəhbərləri ilə məsləhətləşmələrə başlayıram”, - deyə Paşinyan bildirib.