"Rusiya Qazaxıstana desantçıları yeridir, "20 Yanvar"da olduğu kimi" - Rus jurnalist 

07 yanvar, 2022 10:15

Tanınmış sovet və Rusiya jurnalisti Andrey Karaulov etirazları yatırmaq üçün Qazaxıstana Rusiya desant qoşunlarının (KTTM sülhməramlıları adı altında) yeridilməsini kəskin pisləyib.

"Azsiyaset" virtualaz.org-a istinadla xəbər verir ki, jurnalist Qazaxıstana qoşun yeridilməsini sovet qoşunlarının 1990-cı ilin yanvarında Bakıya qanlı müdaxiləsi ilə müqayisə edib.

Özünün YouTube-dəki müəllif proqramında Karaulov qeyd edir ki, KTMT barədə müqaviləyə əsasən Rusiyanın və digər üzv ölkələrin Qazaxıstana qoşun yeritmək səlahiyyətləri yox idi. KTMT haqda müqavilədə göstərilir ki, ölkələr bir-birlərini ancaq xarici hərbi təcavüzə qarşı müdafiə edə bilərlər.

“Başa düşmək lazımdır ki, “Rosqvardiya”nı yox, desantçıları yeridirlər. Eynilə 90-cı ilin yanvarında desantçıların Bakıya yeridilməsi kimi. Biz “Qanlı yanvarı” xatırlayırıq. O zaman Bakıda general Lebedin desantçıları şəhərin dinc sakinlərini zirehli transportyorlarla əzdilər və süngüyə keçirdilər. Onların qurbanları arasında südəmər körpə və 92 yaşında qoca da var idi. Bizim desantçıların bütün qurbanları Bakıda Şəhidlər Xiyabanında dəfn olunub. Yeri gəlmişkən ora prezident Putin də baş çəkib və həlak olanların məzarlarına gül qoyub. Lebedin desantçıları o vaxt Azərbaycanın rəhbəri Vəzirovu xilas etmişdilər”,-Karaulov bildirir.

Jurnalist xatırladır ki, həmin günlərdə Moskvadakı Azərbaycan nümayəndəliyində Heydər Əliyev çıxış etmişdi və onun çıxışını bütün dünya dinləmişdi. Karaulov indi Rusiyada heç kimin Qazaxıstana qoşun yeridilməsinə etiraz etməməsindən təəcübləndiyini bildirir. “Haradadır Nobel laureatı Muratov və digər insan haqları müdafiəçiləri?”,-o sual edir.

Qeyd edək ki, Qazaxıstanda internet işləmir və orada nələrin baş verdiyi barədə məlumat almaq da çətinləşib. Rəsmi məlumatlara əsasən Alma-Atada “təmizləmələr” davam etdirilir və 3 minə yaxın adam həbs olunub.

Bu arada Rusiya mənbələri xəbər verirlər ki, yanvarın 5-də Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin rəsmən KTMT qüvvələrinin ölkəyə yeridilməsi barədə müraciətlə çıxış etməsindən əvvəl içərisində 300-ə yaxın Vagner muzdlusu olan İl-76 təyyarəsi Alma-Ataya enib. Həmin vaxt şəhər aeroportu hələ etirazçıların əlinə keçməmişdi. Ehtimal edilir ki, həmin gün axşam Alma-Atada etirazçılara atəş açanlar və onlarla adamı öldürənlər (bəzi məlumatlara görə öldürülənlərin sayı daha çoxdur, morqlar meyitlərlə doludur) də elə Vagner muzdluları olublar.

Yeri gəlmişkən, 1990-cı ilin yanvarında sovet qoşunlarının Bakıya yeridilməsi zamanı da nümayişçilərə atəş açanlar arasında “Alfa” xüsusi təyinatlı dəstəsinin Əfqanıstan müharibəsini keçmiş veteranları olduğu üzə çıxmışdı. Onları Krasnodar vilayətindən Bakıya gətirmişdilər...

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"