Rusiya desantçıları Alma-Ata aeroportunu nəzarətə götürdü - Rus qoşunlarına general Serdyukov başçılıq edir

07 yanvar, 2022 12:15

12.08

Qazaxıstana yeridilən və əsasən Rusiya qüvvələrindən ibarət olan KTMT kontingenti Alma-Ata aeroportunu nəzarətə götürüb. Bu haqda Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov bildirib.

“Hazırda Qazaxıstanın hüquq-mühafizə orqanları ilə birlikdə Alma-Ata aeroportu tam nəzarətə götürülüb. Sülhməramlı kontingentin qüvvələri şəhərdəki Rusiya konsulluğunun və digər mühüm obyektlərin də təhlükəsizliyini təmin edir. KTMT sülhməramlıları Qazaxıstan hüquq-mühafizə orqanlarının əməkdaşlarına qanunçuluğun təmin edilməsində və qayda-qanunun yaradılmasında dəstək verir”,-açıqlamada deyilir.

Konaşenkov qeyd edib ki, Rusiya Müdafiə Nazirliyinin yaratdığı, 70-dən çox İl-76 və An-124 hərbi-nəqliyyat təyyarələrindən ibarət aviaqruplaşma sutka ərzində dayanmadan KTMT kontingentinə daxil olan Rusiya qüvvələrinin Qazaxıstana daşınmasını həyata keçirir. Rusiya qüvvələrinin tərkibinə Hava Desant Qoşunlarının 45-ci əlahiddə briqadasının, 98-ci hava-desant diviziyasının və 31-ci əlahiddə briqadasının bölmələri daxildir.

Qazaxıstana yeridilən KTMT qüvvələrinə Rusiyanın hava-desant qoşunlarının komandanı, general-polkovnik Andrey Serdyukov rəhbər təyin edilib.

11:47 

Qazaxıstanın Almatı şəhərində “Mir-24” teleradio şirkətinin filialının binası yanır.

Bu barədə yerli media məlumat yayıb. Hadisənin təfərrüatları hələlik məlum deyil. (TASS)

***

10:58

Qazaxıstanın Alma-Ata şəhərindən həyacanlı xəbərlər daxil olmaqda davam edir. Son məlumatlara görə ölkə üzrə internet yenidən kəsilib, Alma-Ata küçələrində intensiv atəş səsləri və partlayışlar eşidilir. Qazaxıstan hakimiyyəti baş verənləri “terrorçu elementlərə qarşı xüsusi əməliyyat” kimi təqdim edir, lakin dinc nümayişçilərə qarşı atəş açılmasını əks etdirən görüntülər də var.

Xəbərlərə görə Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Akademiyasının binası ətrafında şiddətli atışmalar olub. Orada akademiyanın rəisinin öldürüldüyü bildirilir. Məlumata əsasən akademiya rəisi binaya hücum edən silahlılarla atışmaya girən kursantlara başçılıq edirdi.

Bu arada əsasən Rusiya ordusunun desantçılarından ibarət olmaqla KTMT sülhməramlı qüvvələrinin Qazaxıstana yeridilməsi davam edir. Elə nümayişçilərə atəş açanların da əsasən rusiyalı muzdlular olduğu haqda xəbərlər var. Qazaxıstan prezidentinin administrasiya rəhbərinin müavini Dauren Abayev isə bildirib ki, KTMT qüvvələri “mühafizə funksiyalarını” yerinə yetirəcəklər və bilavasitə “terrorçu elementlərə qarşı əməliyyatlarda” iştirak etmirlər.

Bildirilir ki, Alma-Atanın silahlılardan təmizlənməsi əməliyyatını “Arıstan”, “Arlan”, “Berkut” xüsusi təyinatlı dəstələri və Müdafiə Nazirliyinin bölmələri həyata keçirir.

Qazaxıstan Daxili İşlər Nazirliyinin yaydığı son məlumata görə, iğtişaşlarda ölən hüquq-mühafizə orqanları əməkdaşlarının sayı 18-ə çatıb, yaralananların sayı 750-ni keçir. Habelə onlarla silahlının öldürüldüyü bildirilir, lakin öldürülənlərin sayının daha çox olduğu haqda xəbərlər var.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"