"Buna görə Tokayev hesab verməli olacaq" - "Bu sülhməramlı yox, beynəlxalq polis əməliyyatına oxşayır"

07 yanvar, 2022 13:32

“Prezident Tokayeva qarşı güc strukturları tərəfindən sui-qəsd hazırlanmışdı. İndi məlum olur ki, prezident nə üçün KTMT-yə hərbi yardım üçün müraciət edib. Almatı şəhərinin bütün rəhbərliyi, güc strukturlarının başçıları istintaq olunmalıdır”.

"Azsiyaset" azpolitika.info-a istinadla xəbər verir ki, bu sözləri Qazaxıstanın 1994-97-ci illərdə Baş naziri olmuş Akejan Kajeqeldin currenttime.tv-yə müsahibəsində bildirib.

Onun sözlərinə görə, məhz Almatıda baş verənlər vətəndaşların konstitusion hüquqlarına kölgə salır: “Bu hadisələr simvolikdir: Bu, Nazarbayev epoxasının ən kədərli və qanlı sonluğudur. Heyf ki, yenə qan axıdıldı. Nazarbayevin bütün idarəçilik illəri intiriaqalar, qeyri-sabitlik dövrü idi. Kiçik qruplar varlanırdı, xalq isə yoxsullaşırdı”.

A.Kajegeldin baş verənləri yalnız “xarici qüvvələrə” bağlamaq cəhdləri ilə razı olmadığını bildirib: “Biz anlamalıyıq ki, baş verənlərin arxasında iqtisadiyyatda və hakimiyyətdə öz nufuzlarını itirməkdən qorxan ölkənin varlı adamları durublar. Onlar son iki gündə ölkəni tərk etmək məcburiyətində qaldılar. Qazaxıstandan son günlər xaricə 27 özəl təyyarə reysi uçub. Hesablayın, kimin ailələri ölkəni tərk edib, o zaman başa düşəcəksiniz ki, ölkədə baş verənlər kimin üçün xeyliri olub, bu zorakılıqda kimlər maraqlı olub”.

Prezident Tokayevin KTMT-yə yardım üçün müraciətinə toxunan Kajıgeldin deyib ki, bu qurum polis gücü kimi istifadə edilməməlidir, bu yolverilməzdir: “KTMT-nin nizamnaməsinə görə, üzv ölkələr xaricdən hucum təhlükəsi zamanı bir-birinə kömək etməlidirlər: “Mən guman etmirdim ki, Tokayev KTMT-yə müraciət edəcək. Öz xalqına müraciət etmək olardı. Hazırda mühüm olan bu “sülhməramlıları” tez bir zamanda evlərinə göndərməkdir. Çünki onların qazax torpağında olması çox təhlükəli vəziyyət yaradır.

Mən israrla tələb edirəm ki, Tokayev çox yaxın müddət ərzində öz həmkarlarına hərbi qüvvələrini geri çəkmək barədə müraciət etsin. Çünki Qazaxıstanda qayda-qanun yaratmaq üçün ölkənin kifayət qədər gücü var. Əgər prezident hətta öz güc strukturlarına güvənmirsə belə, öz xalqına etibar etməməyə haqqı yoxdur.

Əgər beynəlxalq mütəxəssisləri cəlb etməklə obyektiv təhqiqat aparılsa və nəticədə doğurdan da hansısa “terrorçu qrupları” tapsalar mən hamının qarşısında üzr istəyəcəyəm. Amma bu gün əminəm ki, bu ritorika yersizdir. Almatı və Kapşaqayda heç bir döyüş olmayıb".

Kajegeldin Tokayevin xarici orduları ölkəyə dəvət etməsini “böyük ciddi siyasi səhv” adlandırıb: “Buna görə Tokayev nə vaxtsa hesab verməli olacaq. Mən başa düşüərm ki, o çox ağır situasiaya düşüb. Anlayıram ki, bütün bunların arxasında kim durub, kim iştirak edib. Birbaşa və dolayısı ilə burada iştirak edənlərin hamısı- Almatının rəhbəri, bu yaxınlarda güc strukturlarından işdən çıxardığıqları…Tokayev onlara etibar etmirdi,amma o öz xalqına etibar etməyə bilməzdi. Sülhməramlı qüvvələri dəvət etmək lazım deyildi. Çünki bu sülhməramlı yox, beynəlxalq polis əməliyyatına oxşayır”- deyə sabiq baş nazir vurğulayıb.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"