"Masada Ukrayna olmadan Rusiya ilə Ukraynanı müzakirə etməyəcəyik" - ABŞ Dövlət katibi
08 yanvar, 2022 00:07
ABŞ Dövlət katibi Entoni Blinken Ukrayna xarici işlər naziri Dmitro Kuleba ilə telefonla danışıb.
“Azsiyaset” xəbər verir ki, bunu ABŞ XİN-in sözçüsü Ned Prays açıqlayıb.
“Blinken ABŞ-ın Rusiyanın təcavüzünə qarşı Ukraynanın müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə sarsılmaz dəstəyini bird aha ifadə etdi. Blinken masada Ukrayna olmadan Rusiya ilə Ukraynanın müzakirə edilməyəcəyini vurğuladı”, - Prays qeyd edib.