"Terrorçularla danışıq olmayacaq, onları öldürəcəyik" - Tokayev

08 yanvar, 2022 00:38

"Hakimiyyət terrorçularla danışıqlar aparmayacaq, çünki onlar hərbçi, polis və adi vətəndaşları öldürüblər". 

Bu sözləri Qazaxıstan Prezidenti Qasım Jomart Tokayev Tvitter səhifəsində yazıb.

“Onlar gənc əsgərləri döyüb və öldürüblər. Administrativ binaları yandırıblar, evləri və mağazaları talan ediblər, adi vətəndaşları öldürüblər, gənc qadınlara təcavüz ediblər. Düşünürəm ki, terrorçularla danışıqlar olmayacaq, onları öldürməliyik”, - deyə Tokayev bildirib.