Türk Dövlətləri Təşkilatı Qazaxıstandakı vəziyyəti nə zaman müzakirə edəcək?

09 yanvar, 2022 00:47

Qazaxıstan və Türkiyə Xarici İşlər Nazirləri Muxtar Tleuberdi və Mövlud Çavuşoğlu Türk Dövlətləri Təşkilatının yanvarın 11-də videokonfrans formatında növbədənkənar nazirlər görüşü keçirmək barədə razılığa gəliblər.

Telefon danışığı zamanı Tleuberdi türkiyəli həmkarına ölkədəki hazırkı vəziyyətlə bağlı məlumat verib.

Çavuşoğlu Türkiyəyə lazım olan hər cür yardım və dəstək verməyə hazır olduğunu bildirib.