"ABŞ Rusiyanın Şimal Axını-2 layihəsi ilə bağlı çətin durumdadır" - "Axios" nəşri...
11 yanvar, 2022 01:29
ABŞ Senatında Demokratlar Partiyasının nümayəndələri Rusiyanın Şimal Axını-2 qaz kəmərinə qarşı sanksiyaların tətbiqi ilə əlaqədar səsvermə ilə bağlı çıxılmaz vəziyyətə düşüblər.
Bu barədə ABŞ-ın "Axios" nəşri məlumat yayıb.
Nəşr qeyd edib ki, Ağ Ev rəsmiləri Avropada Rusiya ilə danışıqlar apararkən Demokratlar yöndəmsiz seçim qarşısında qalıblar: ya Prezident Co Baydenə qarşı çıxmaq, ya da sanksiyaların əleyhinə səs vermək.
Qeyd edək ki, Şimal Axını-2-yə sanksiya tətbiqi ilə bağlı səsvermə yanvarın 14-də keçiriləcək.