Azərbaycan XİN-dən Qazaxıstandakı hadisələrə - MÜNASİBƏT

11 yanvar, 2022 14:04

“Azərbaycan Qazaxıstanda vəziyyətin tezliklə normallaşmasının və qanunun aliliyinin bərpa olunmasının tərəfdarıdır”.

“Azsiyaset” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının Qazaxıstana dair fövqəladə iclası zamanı deyib.

“İnanırıq ki, Qazaxıstan müstəqilliyini bərpa etdikdən sonra əldə etdiyi əlamətdar nailiyyətləri riskə atmadan vəziyyət normallaşacaq”, - deyə Ceyhun Bayramov qeyd edib.