İranın sabiq səfirindən Rusiya Müdafiə Nazirliyinə ittiham - "Bu təxribatdır"

11 yanvar, 2022 15:47

"Rusiyadan növbəti təxribat".

Bunu İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymani yazıb.

O, Tvitter səhifəsində bu başlıqla bir foto yerləşdirib.

"Rusiya Müdafiə Nazirliyinin rəsmi saytında rus sülhməramlılarının məsuliyyət zonası olaraq yerləşdirdiyi xəritədə Suqovuşan Madagis olaraq göstərilib, qəsəbə də sülhməramlıların nəzarət zonasına daxil edilib", - deyə eks-səfir qeyd edib.