Ermənilər ABŞ-da Azərbaycana qarşı təxribat törətdilər - FOTO

12 yanvar, 2022 00:44

ABŞ-da ermənilər Azərbaycana qarşı təxribat törədiblər.

Bu barədə Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev bildirib.

“Ötən gecə erməni radikalları erməni terrorçu Qurgen Yanikyanın fotosunu konsulluğun binası qarşısından asıblar. Yanikyan 1973-cü ildə Kaliforniyada türk diplomatlarını qətlə yetirib. Los-Ancelesdə erməni terrorizminin tarixini nəzərə alaraq, Los-Ancelesin Federal Təhqiqat Bürosunu və Los-Anceles polisini bu məsələni araşdırmağa çağırırıq”, - baş konsul qeyd edib.