Putin Paşinyanla Qarabağdakı vəziyyəti müzakirə etdi

12 yanvar, 2022 14:32

Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

Bu barədə məlumatı Kreml yayıb.

Məlumata görə, tərəflər söhbət zamanı Qarabağdakı vəziyyəti müzakirə ediblər.

Eyni zamanda Putin və Paşinyan Qazaxıstandakı sülhməramlı kontingentinin əlaqələndirilmiş fəaliyyətlərinin effektivliyini qeyd ediblər.