Sülhməramlılar Qazaxıstandan nə vaxt çıxacaq? - Rusiya işğala davam edəcək, yoxsa...
13 yanvar, 2022 00:20
KTMT-nin Müdafiə Nazirləri Şurasının yanvarın 13-də keçiriləcək növbədənkənar iclasında sülhməramlılarının Qazaxıstandan çıxarılması məsələsinə baxılacaq.
Bu barədə KTMT məlumat yayıb.
Bildirilib ki, sabah video-konfrans formasında baş tutacaq iclasda KTMT Müdafiə Nazirləri Şurası KTMT-nin kollektiv sülhməramlı qüvvələrinin çıxarılması prosesini təsdiqləyəcək.
Sülhməramlıların çıxarılmasına 13 yanvardan başlanacaq və 10 gün müddətində başa çatacaq.