"Rusiya sülhməramlıları bizim ərazilərimizdə faktiki idarəçiliklə məşğuldurlar" - MÜSAHİBƏ

13 yanvar, 2022 12:29

Sabiq deputat, AMİP lideri Etibar Məmmədov hazırda gündəmin əsas mövzusu olan əsas siyasi proseslərlə bağlı KONKRET.az-ın suallarını cavablandırıb:

Müsahibəni təqdim edirik:

Etibar bəy, Azərbaycanda bəzi siyasətçilər, müxalifət funksionerləri iddia edirlər ki, Qazaxıstandakı hadisələr Azərbaycanda da təkrarlana bilər. Həta iki ölkə arasında müxtəlif müyaqisələr də aparılır. Bu tip iddialar reallığa nə dərəcədə uyğundur.

Yanaşma yanlışdır. Ümumiyyətlə, Qazaxıstandakı proseslər Azərbaycanda niyə təkrarlanmalıdır ki!? Birincisi, Qazaxıstandakı yaşam şərtləri Azərbaycandakı yaşam şərtlərindən yaxşı deyildi. İkincisi, bu cür arzuolunmaz hadisələr indiyə qədər Qazaxıstanda bir neçə dəfə baş verib. İndi baş verənlər də növbəti hadisələrdir. Sadəcə əvvəlkilərdən fərqli olaraq, bu dəfə silahlı toqquşmalar baş verdi, etirazçıların içərisinə təxribatçılar qatıldı, bundan sonra destruktiv elementlər də prosesə qoşuldu. Nəticədə böyük dağıntılar baş vermiş oldu. Bunu başqa cür qiymətləndirməyə cəhd etdilər ki, etirazçılar terroristlərdir və kənardan ölkəyə ciddi müdaxilə olunub və s. Bunların hamısı boş şeylərdir. Bütün bunlar hakimiyyətdaxili mübarizənin nəticəsi idi. Özləri ölkəni qarışdırmaq istədilər və nəticədə bundan da istifadə edənlər oldu. Azərbaycan isə heç bir hərbi ittifaqın üzvü deyil ki, kimsə bura dəvət olunsun.

Dünən Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində Rusiya sülhməramlılarını sərt şəkildə tənqid etdi. Sülhməramlılar niyə öz işləriilə məşğul olmurlar?

– İlham Əliyev düzgün eləyir. Çünki Rusiya sülhməramlıları öz funksiyalarına aid olmayan işlərlə məşğul olurlar. Sülhməramlıların konkret hansı missiya ilə məşğul olduğu birdəfəlik aydınlaşdırılmalıdır. Rus sülhməramlılarının hansı işləri görəcəyi ilə bağlı çərçivə müəyyənləşdirilmədir. Onlar da bu çərçivədən kənara çıxmamalıdırlar. Ümumilikdə, sülhməramlılar tərəflər arasında hərbi toqquşmanın baş verməməsi üçün ordadırlar. Başqa işlərə qarışmamalıdırlar. Ancaq görünən budur ki, bizim ərazilərimizdə faktiki idarəçiliklə məşğuldurlar. Bu da Azərbaycan qanunlarının və suverenliyinin pozulmasıdır.

– Qazaxıstandakı hadisələr fonunda Azərbaycanın Avrasiya İttifaqına üzv olması ilə bağlı məsələlər də məqsədli şəkildə ortaya atılıb. Bir müddət əvvəl Nazarbayev də Azərbaycanı bu quruma müşahidəçi üzv kimi dəvət etmişdi. Bu haqda nə deyə bilərsiniz?

– Avrasiya İttifaqı iqtsiadi cəhətdən geridə qalmış ölkələrin iqtisadi birliyidir. Avrasiya İttifaqına üzv olmaq Azərbaycana heç bir xeyir gətirməz. Azərbaycan hər hansı ittifaqa dəvət olunursa, onun faydası hesablanmalıdır. Yox əgər heç bir faydası yoxdursa, hər hansı ittifaqa üzv olmaq mənasız işdir. Bu, Azərbaycan üçün heç bir perspektiv vəd etmir.

Azərbaycan xarici siyasətində bundan sonra hansı kursu götürməlidir?

– İndiki kurs davam etməlidir. Azərbaycan heç bir hərbi ittifaqa qoşulmamalıdır. Ölkəmiz qoşulmama siyasətini davam etdirməlidir. Heç kəsə də imkan verməməlidir ki, Azərbaycanın daxili işlərinə qarışsın.

Ənvər Şüküroğlu

KONKRET.az

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"