"Yaxın günlərdə hücumun necə başlayacağına dair ssenarini açıqlayacağıq" - Rusiya 2014-cü ilin ssenarisi ilə hərəkət edəcək

14 yanvar, 2022 09:51

ABŞ  milli təhlükəsizlik müşaviri Ceyk Sallivan bəyan edib ki, Vaşinqton yaxın günlərdə Rusiyanın Ukraynaya hücum ssenarisini açıqlayacaq.

"Azsiyaset" virtualaz.org-a istinadla xəbər verir ki, Sallivan bu haqda Ağ evdə keçirdiyi brifinq zamanı bildirib.

"Biz bu ssenarini 2014-cü ildə görmüşük. Onlar onu yenidən hazırlayırlar. Administrasiyada növbəti 24 saat ərzində onların hücum üçün hansı bəhanəni hazırladıqları barədə əlavə detallar olacaq və biz onları ictimaiyyətə açıqlayacağıq”, - Ceyk Sallivan deyib.

ABŞ prezidentinin müşaviri əlavə edib ki, bəhanə olaraq Kiyevin Ukraynanın şərqindəki Rusiya qüvvələrinə “hücumunun qaçılmaz olması” barədə saxta məlumatlardan istifadə edilməsi gözlənilir. Hansı ki, bu ssenarinin təfərrüatları tezliklə ictimaiyyətə açıqlanacaq.

Sallivanın sözlərinə görə, hazırda Amerika kəşfiyyatının Rusiyanın hücum planları ilə bağlı topladığı məlumatlar “o qədər də yüksək əminlik yaratmır”.

Xatırladaq ki, daha əvvəl ABŞ mətbuatı kəşfiyyat məlumatlarına əsasən Rusiyanın Ukraynaya hücumunun yanvarın sonlarında-fevralın əvvəllərində başlayacağını yazmışdı.

Bu arada Rusiyanın Uzaq Şərqindən Ukrayna sərhədləri istiqamətində hərbi texnika daşıyan dəmir yol eşalonlarının ardı-arası kəsilmir və sosial şəbəkələrdə hər gün bir neçə belə eşalonun hərəkətini əks etdirən videokadrlar yayılmaqdadır. Hətta Ussuriysk ətrafında dislokasiya olunmuş hərbi hissələrin Ukrayna istiqamətinə daşındığı bildirilir. Yayılan kadrlarda tanklar, reaktiv yaylım atəşi sistemləri, yüngül zirehli texnika, hərbi yük maşınları, səhra artilleriyası və digər texnika yüklənmiş qatarların hərəkəti görünür. Yanvarın əvvəlindən bəri Ukrayna istiqamətində onlarla belə eşalonun hərəkəti qeydə alınıb.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"