Ərdoğanla Conson Ukraynanı müzakirə etdilər

14 yanvar, 2022 21:05

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Böyük Britaniyanın Baş naziri Boris Consonun telefon danışığı olub.

“Anadolu” agentliyi xəbər verir ki, telefon danışığı zamanı Türkiyə ilə Böyük Britaniya arasında xüsusilə müdafiə sənayesi və ticarət sahəsində əməkdaşlığı gücləndirəcək addımlar müzakirə edilib.

Həmçinin, Suriya və Ukraynadakı hadisələr, iqlim və qaçqınlarla bağlı regional və qlobal problemlər barədə də danışıqlar olub.