"Əhalinin 90%-i bundan zərər çəkə bilər" - Manatı nə gözləyir?

15 yanvar, 2022 14:30

“Ərzaq məhsullarının bahalaşması heç də manatın kursu ilə bağlı deyil. Manatın kursu Azərbaycanda inzibati yollarla müəyyən olunur. Bu da birbaşa neftin qiymətinə bağlıdır”.

"Azsiyaset" xəbər verir ki, bu sözləri yenisabah.az-a açıqlamasında iqtisadi ekspert Nazim Bəydəmirli deyib.

Mütəxəssisin sözlərinə görə, ölkəyə daxil olan valyutanın ölkədən çıxan valyutaya nisbətində yerli valyutların kursu dəyişir:

“Dövlət başçısının bəhs etdiyi hadisələr, 2015-ci ilin devalvasiyaları ilə bağlı idi və o zaman da, əslində, ölkəyə daxil olan valyuta, ölkədən çıxan valyutaya nisbətən çox idi. Ancaq neftin qiyməti aşağı düşməkdə davam edirdi və o zaman belə bir tendensiya var idi ki, iri çinli məmurların həbs olunması və ölkədən kifayət qədər kapital axını buna səbəb verdi. Əsas səbəblər bu idi ki, daxilə təzyiq var idi. Müxtəlif şəxslər ajiotaj fonunda tələbdən daha artığını, yəni manatda olan vəsaitlərini dollara çevirmək çabasında idi. Oradakı səbəblər təkcə iqtisadi səbəblər deyildi. Daha doğrusu iqtisadi səbəblərdən daha çox idarəetmədə olan ciddi korrupsiya halları ilə bağlı bir neçə nazirlərin vurulması və bu fonda onların ətrafında baş verən hadisələrdir. Heç kəsə sirr deyil ki, məmur sahibkarlığı Azərbaycan iqtisadiyyatında demək olar ki, 80%-dir. Hər hansı bir yüksək çinli məmuru yerindən tərpətdikdə belə hadisələr baş verir”.

Ekspert onu da vurğulayıb ki, 2015-ci ildə baş verən hadisələr ölkəyə daxil olan valyutayla, ölkədən çıxan valyutanın tədiyyə balansının mənfi olmasından qaynaqlanmırdı:

“Çünki 2014-cü ilin yekunlarına görə, yəni birinci devalvasiyaya qədər vəsait daha çox gəlmişdi, nəinki çıxmışdı. Səhv etmirəmsə 21-22 milyard ölkəyə valyuta gəlmişdi, ölkədən çıxan isə 10 milyarddan çox idi. Ona görə də, təbii ki, hökumət də 2022-ci ilin makroiqtisadi göstəriciləri olaraq 1,7 manat müəyyən edib və manatın ucuzlaşması hökumətin özünə xeyir deyil. Çünki əhalinin 90%-i bundan zərər çəkə bilər və biz idxal məhsullarından çox asılıyıq. İdxal məhsullarından asılı olan ölkələrdə yerli valyutanın kursu dəyişirsə, bu çox ciddi proseslərə və sosial təzyiqlərə gətirib çıxarır. Ona görə, hökumətin bu addımı atacağına güman etmirəm, çünki əvvəlki ildə süni devalvasiya oldu və hökumətin təzyiqi ilə Mərkəzi Bank buna getdi. Bu gün isə buna obyektiv səbəblər görmürəm. Çünki neftin qiyməti 45 dollardan yuxarı olan zaman heç vaxt Azərbaycan manatına təzyiq olmur”. 

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"