Xüsusi xidmət orqanları Azərbaycan qazını alan şirkətdə yoxlama aparır - "Bulgargaz"da maxinasiyalara yol verilib?

15 yanvar, 2022 14:56

Bolqarıstanın xüsusi xidmət orqanları və polisi Azərbaycanın “Şahdəniz” yatağından ildə 1 milyard kubmetr qaz almaq öhdəliyi götürmüş “Bulgargaz” dövlət şirkətində yoxlamalar aparır.

"Azsiyaset" virtualaz.org-a istinadla xəbər verir ki, bu barədə bolqar KİV-ləri məlumat verib. Bildirilir ki, yoxlamanı Dövlət Milli Təhlükəsizlik Agentliyi (SANS) və Baş polis idarəsi həyata keçirir. Şirkət özü də yaydığı press-relizdə yoxlama aparıldığını təsdiqləyib.

“Bolqarıstanın qaz bazarı üçün strateji əhəmiyyət daşıyan dövlət qaz təchizatçısı olaraq “Bulgargaz” müntəzəm olaraq səlahiyyətli orqanlar tərəfindən yoxlamalara məruz qalır və bu normaldır”, - şirkətin yaydığı press-relizdə bildirilir. Məlumatda deyilir ki, “Bulgargaz” komandası yoxlamalara tam dəstək verir və indiki yoxlamaları təbii qaz təchizatındakı qiymətlərlə bağlı son zamanlar yaranmış bir sıra suallara aydınlıq gətirilməsi baxımından yaxşı imkan hesab edir.

Bu yoxlamaların konkret hansı məsələ ilə bağlı olduğu açıqlanmır, amma bu günlərdə Bolqarıstan parlamentində dinləmələr zamanı maliyyə naziri Asen Vasilyev bildirib ki, “Bulgargaz” şirkəti “Çiren” yeraltı qaz anbarından daha aşağı qiymətə aldığı qazı daxili bazarda ucuz  satmaqdansa onu daha baha qiymətə Rumıniyaya ötürür. Nazir bu məsələnin araşdırıldığını deyib. “Bulgargaz” şirkətinin icraçı direktoru Nikolay Pavlov isə ittihamları rədd edib, deyib ki, qiymətin formalaşmasında istehlakçıların tələbi əsas götürülür. O cümlədən qaz paylayıcı şirkətlərin, istilik təchizatı şirkətlərinin və sənaye istehlakçılarının da qiymətin formalaşmasına təsiri var.

Pavlov deyib ki, “Bulgargaz” həm “Chiren” qaz anbarından aldığı qazı, həm Rusiya qazını Bolqarıstana nəql edən kəmər vasitəsilə aldığı Azərbaycan qazını (1 milyard kubmetrin təxminən üçdə biri) qarışdırır və bazara çıxarır.

Xatırladaq ki, Yunanıstan-Bolqarıstan interkonnektoru IGB qaz kəmərinin tikintisini yunan tərəfinin müəmmalı şəkildə illərlə ləngitməsi üzündən Azərbaycan qazı tam həcmdə Bolqarıstana daxil ola bilmir. Bolqarıstanın energetika naziri Aleksandr Nikolov bu günlərdə bildirib ki, ölkə ucuz Azərbaycan qazını tam həcmdə ala bilmədiyindən gündə 750 min avro zərər edir, ötən bir ildəki zərər isə 250 milyon avro olub. Bolqarıstan hökuməti IGB kəmərinin tamamlanması üçün 2022-ci il iyulun 1-ni son müddət kimi müəyyən edib.

Bundan əvvəl isə “Bulgargaz” ölkənin xüsusi xidmət orqanlarına müraciət edərək Azərbaycanla 2013-cü ildə bağlanmış qaz müqaviləsindən kommersiya sirri olan informasiyalar sızdırılıb və Azərbaycan tərəfi bundan bərk qəzəblənib. Müqaviləni pozmaqla hədələyib. Həmin informasiyaların Bolqarıstanın qazla təchizatında inhisarçı olan “Gazprom”a bağlı adamlar tərəfindən sızdırıldığı bildirilir.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"