Hansı ölkələr NATO-ya üzv olacaq? - Rasmussen açıqladı
15 yanvar, 2022 22:31
"Finlandiya və İsveç ərizə təqdim edildikdən bir gün sonra NATO-ya üzv ola biləcəklər".
Bunu NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen deyib.
O qeyd edib ki, Ukraynada vəziyyətin gərginləşməsi halında bu ölkələrdə alyansa üzvlüklə bağlı müzakirələr başlaya bilər:
"Finlandiya və İsveç üzvlük üçün müraciət edərsə, bütün lazımi kriteriyalara cavab verdikləri üçün dərhal qərar verə bilərik".
Onun sözlərinə görə, NATO-nun Avropadakı nümayəndələri ilə danışıqlar zamanı Rusiya blokun genişlənməsinə veto qoymağı tələb edib.