Putin NATO-nu komadan çıxardı - İsrailin "Detali" agentliyi...

17 yanvar, 2022 09:22

Rusiya ilə ABŞ  və Avropa İttifaqı arasında aparılan danışıqlar dalana dirənib. Hər iki tərəf qəzəbli bəyanatlarla çıxış edib, indi isə, deyəsən, fasilə götürüblər.

Rusiya qoşunlarını yenidən Ukrayna sərhədlərinə çəkərək, səbrinin tükənmək üzrə olduğu barədə xəbərdarlıq edib. ABŞ və Qərb təxminən eyni bəyanatla çıxış edib, lakin iqrisadi sanksiyaları gücləndirməklə, həm də bu dəfə onların Putinin özünə və yaxın ətrafına şamil ediləcəyi ilə hədə-qorxu gəlib.

ABŞ Dövlət katibinin müavini Viktoriya Nuland hətta deyib ki, ABŞ-ın 18 cavab ssenarisi var. İndi ekspertlər növbəti dəfə Putinin həqiqətən Ukraynaya qoşun yeridəcəyi və ya bunun növbəti "sülhə məcburetmə" naminə blef olduğu ətrafında baş sındırırlar. Problem ondadır ki, Putinin kollektiv Qərbi hansı sülhə məcbur etməyə cəhd etməsi aydın deyil.

"Manatka"ları  atmağın və "manatka"ları yığmanın vaxtıdır

Əsas hipotezlərdən biri ondan ibarətdir ki, Putin "soyuq müharibə"nin nəticələrinə yenidən baxaraq Rusiyanı Sovet İttifaqının sərhədlərinə qaytarmağa cəhd edir. Hər halda təsir dairəsi nöqteyi nəzərindən. Yəni faktiki olaraq Potsdam sülhünün sərhədlərinə dönməyə cəhd edir, bu isə 70 il bundan öncə ABŞ, Böyük Britaniya və SSRİ-nin Avropanı və dünyanı bölüşdürdükləri dövrə qayıtmaq cəhdi deməkdir. Lakin bu hətta fiziki olaraq mümkün deyil. Üç böyük qalib dövlətdən ikisi dağılıb, keçmiş məğlub dövlətlər isə, əksinə, daha da güclənib.

Amma əgər bu, fiziki olaraq mümkün deyilsə belə, hansısa mənada mental və qismən də coğrafi olaraq mümkündür. Bir sıra ekspertlər güman edir ki, Donbası və mümkündür ki, Ukraynanın daha hər hansı bir hissəsini  Rusiyaya birləşdirməklə, Belarusu və indi isə, ehtimal ki, Şimali Qazaxıstanı özünə daha sıx inteqrasiya etməklə, Putin tarixə Qərbdən tarixi qisas alan lider kimi düşə bilərdi.

Qərb mərbuatı və onların mətnlərini yenidən çap edən Rusiya KİV-ləri yenə də Rusiyanın ya Şərqi Ukraynada, ya Dnestryanı bölgədə təxribatlar və ya Ukraynanın Qara dəniz sahillərində dəniz desantının çıxarılmasından ibarət xüsusi əməliyyatlar planları ilə doludur.

Nəzəri cəhətdən bunu təsəvvür etmək olar, Moskva Krımı qaytarıb və Donbası Ukraynadan ayırmadımı?

Lakin Kremldə NATO-nun 14 yeni dövlətlərindən, Polşa, Çexiya və Baltikyanı dövlətlər də daxil olmaqla, Rusiya XİN müavini Ryabkovun ifadə etdiyi kimi, "manatkaları yığmağı" necə təsəvvür edirlər? ( keçmişdə köhnə, yararsız tullantı belə adlanırdı).

Prinsipcə, danışıqlarda belə metod İsraildə, ümumiyyətlə bütün Yaxın Şərqdə yaxşı bəllidir və "Şərq bazarı" adlanır. Adekvat qiyməti əldə etmək üçün qiyməti 10 dəfə artıq deməlisən.

Bir sıra ekslertlərin fikrinə görə, mümkündür ki, danışıqların daha gerçək məqsədi Ukraynanın Minsk razılaşmalarından aşkar və ya faktiki imtinası səbəbindən NATO-nun hərbi qurumunun Ukraynada yayılmasının qarşısını almaq barədə razılığın əldə olunmasıdır. İkinci, daha real məqsəd orta və kiçik mənzilli raketlər və başqa silah növləri üzrə Avropada qarşılıqlı təhlükəsizlik sisteminin yaradılmasıdır.

Buraya üçüncü məqsədi- Rusiya cəmiyyətini xarici düşmən qarşısında 2024-cü ildə hakimiyyətin transfer edilməsinə səfərbər etməyi də əlavə etmək lazımdır.

Mövcud kəskinləşmənin daxili səbəblərindən danışsaq, bu yaxınlarda işıq üzü görəcək CNN və HBO-nun birgə "Navalnı" filmi növbəti tətik ola bilər. Mümkündür ki, bu film üzdəniraq "Putinin sarayı" filmindən az populyar olmasın.

Yalana qarşı yalan

Rusiyanın Qərb cəbhəsində təhlükəsi, ümumiyyətlə, nə dərəcədə gerçəkdir?

Bir çox, o cümlədən Qərb analitikləri NATO-nun Rusiya üçün cüzi təhlükəsi barədə danışırlar. Amerikanın RAND korporasiyasının son məruzəsində deyilir: "Rusiyanın yaxınlığında baş verə biləcək regional münaqişə Qərbin məğlubiyyəti ilə nəticələnə bilər". SEPA adlı digər beyin mərkəzinin məruzəsində analoji nəticəyə gəlinir: "Rusiya 1991-ci ildən bəri qurulan təhlükəsizlik sisteminı bir neçə saata dağıda bilər". Həqiqətən də, baxmayaraq ki, NATO-nun Avropada ümumi qüvvələrinin sayı 3 milyondan çoxdur, Rusiya tərəfdən təhlükəni əks etdirmək üçün nəzərdə tutulmuş çevik reaksiya qüvvələrinin cəmi üç min beş yüz hərbi qulluqçusu var və onlara hərəkətə keçmək üçün 3 gündən 5 günədək zaman tələb olunur. Bunu KTMT-nin öz qüvvələrini Qazaxıstana yeritmək üçün lazım olan bir günlə müqayisə edin.

Beləliklə, Qərbdə NATO-nun Rusiya üçün təhlükəsi mifikdir.

Amma Rusiyanın cənubund NATO-nun üzvü olan ölkə tərəfindən gerçək təhlükəni nədənsə tamamilə görməzdən gəlirlər. Lap bu yaxınlarda Azərbaycan və NATO ölkəsi olan Türkiyə hərbi ittifaq barədə müqavilə imzalayıb, Bakının bütün generaliteti Türkiyənin hərbi müəssisələrində hazırlıq keçib, Azərbaycan ordusu ən müasir Türkiyə silahları ilə silahlanıb, lakin bütün bunlar Moskva tərəfindən heç bir reaksiya doğurmur. Axı, Türkiyə ordusunun sayı təxminən yarım milyon nəfərdir, bu isə bütün Avropanın qoşunlarının sayından çoxdur. Bu arada isə Azərbaycan Prezidenti İlham Əliyev bu günlərdə Ukraynaya səfər edib və ona dost dəstəyini ifadə edib. Yeri gəlmişkən, Rusiyanın daha bir ehtimal edilən rəqibi sadəcə Türkiyə yox, Türk Dövlətləri Təşkilatı ola bilər, bu təşkilatın tərkibinə Türkiyə ilə yanaşı, Qazaxıstan, Azərbaycan, Qırğızıstan və Özbəkistan daxildir. Ərdoğanın əhatəsində təəccüb edirlər, nəyə görə Qazaxıstan ona daha yaxın olan təşkilata deyil, KTMT-yə müraciət edib. Və Ukrayna üçün NATO-ya daxil olmaq hələlik problemli olsa da onu Macarıstan kimi məhz Türk Dövlətləri Təşkilatına dəvət edə bilərlər.

Yaxınlaşan pələng və gizlənmiş əjdaha

Qara su Pələngi ilində gözlərimiz önündə güclənən Çin əjdahasını xatırlamaq günah olmazdı. Əvvəla, ekspertlər belə fikir irəli sürürlər ki, KTMT qoşunları təsadüfən tələm-tələsik yenicə daxil olub yerləşdiyi Qazaxıstanı tərk etmir. Bunu onlardan orada Rusiyadan daha çox maliyyə maraqları olan Çinli yoldaşlar xahiş edib. Çinin Kiyevdəki səfiri Çin və Ukrayna arasında əməkdaşlığın sürətlə inkişafı haqqında bəyanatla çıxış edərək bildirib ki, bu iki ölkə arasında ticarət dövriyyəsi tarixdə maksimum səviyyəyə çataraq 30 faiz artıb. O, həmçinin qeyd edib ki, Ukrayna aktiv surətdə "Bir qurşaq və bir yol" layihəsinə cəlb olunur. Yəni Rusiyanın strateji tərəfdaşları olan Türkiyə də, Çin də açıq şəkildə Rusiyanın Ukraynaya müdaxiləsini dəstəkləmir.

Beləliklə, strateji nöqteyi nəzərdən Rusiya üçün Cənub və Şərq sərhədləri tərəfindən olan təhlükə Qərbdən olan təhlükəyə nisbətən xeyli dərəcədə ciddidir. NATO-nun Ukraynada hipotetik hərbi bazalarından fərqli olaraq,  NATO-nun Türkiyədəki İncirlikdə olan hərbi bazası 1958-ci ildən mövcuddur. Və o da Rusiyanın təhlükəsizliyinə təhlükə kimi baxılmır. Hərçənd NATO qoşunları ilə bircə dəfə də baş verməyən toqquşmalardan fərqli olaraq, Türkiyənin HHQ bir neçə il əvvəl Rusiyanın hərbi helikopterini vurub. Lakin heç kim NATO-nun Cənuba doğru genişlənməsini dayandırmağı tələb etmir.

Çılğın fin oğlanları

Üstəlik, Qərbin qorxudulması zəminindəki aqressiv ritorika tam əks nəticə verib. Hazırda NATO-nun Rusiyaya təhlükəsi Şimaldan da gələ bilər. Rusiya Ukraynanın Finlandiyalaşması siyasətini o qədər israrla tərifləyib, neytrallıq strategiyasını seçməklə fayda qazana biləcəyi haqqında danışıb ki, iki neytral ölkə olan Finlandıya ilə İsveç  NATO-ya qəbul üçün imkanlarına baxacaqlarını bəyan edib. NATO-nun baş katini Yens Stoltenberq isə dərhal bəyan etdi ki, bu ölkələrin demokratiyaya çoxdankı sədaqətini nəzərə alaraq, onlar alyansa növbədənkənar qəbul edilə bilər.

Beləliklə, Putin özünün NATO-nun Şərqə doğru genişlənməməsi barədə ultimatumu ilə vəziyyətin təkcə Şərqdə deyil, Rusiya sərhədlərinin perimetri boyu daha da kəskinləşməsinə sövq etdi. Belə siyasət nə dərəcədə rasional sayıla bilər? Ukraynada yeni müharibə ehtimalı həqiqətənmi böyükdür?

Hərbi münaqişənin sərfəli olmadığı güman edilsə də, Kremlə yaxın ekspertlər belə bir ssenarinin baş verməsinə ciddi yanaşır. Valday klubunun Proqram direktoru Timofey Bordaçov "Sərhədsiz məkan: Rusiya və qonşuları" məruzəsində Ukrayna məsələsinə toxunaraq qeyd edib: "Ölkənin məlum coğrafi sərhədlərində qalacağına əmin olmaq olmaz". Daha sonra Belarus haqqında əlavə edib: "Bu ölkələrin Rusiyaya qatılması tam və ya qismən labüd qərar ola bilər".

Bununla yanaşı, mümkün ssenarilər haqqında danışarkən, Putinin səyləri nəticəsində Qərb ölkələrinin hərəkətə keçməsini nəzərdən qaçırmaq olmaz. Bu yaxınlaradək Fransa prezidenti NATO-nun "beyin ölümü"ndən danışırdı, bu gün isə NATO nəinki Rusiyanın ultimatumu qarşısında səfərbər olub, həm də genişlənməyə hazırdır.

Rusiya öz tarixində iki "balaca müzəffər müharibələri"- 1905-ci ildə Yaponiyaya qarşı və 1940-cı ildə Finlandiyaya qarşı müharibələri uduzub. Onu 2022-ci ildə nə gözləməsi barədə yalnız Tapo kartında fala baxmaqla bilmək olar. Hərbi kartlar isə qələbə şansının az olduğunu göstərir.

Vladimir Polyak, "Detali" saytı (İsrail).

09 fevral

15:13 - Peskov Ankoriç ruhunun sirrini açdı - Ukrayna müharibəsində böyük sıçrayışın 28 gizli bəndi15:11 - Şagirdlər "İdrak" liseyini tərk edir15:08 - Dələduzluğa görə həbs edilən dəstə başçısı - Ev dustaqlığına buraxıldı

02 fevral

14:25 - FED-də dəyişiklik bazarları silkələdi - Qızıl və gümüş "çökdü", neft ucuzlaşdı14:23 - "Xalq" qəzetində keçirilən görüşdə Veysəloğlu Şirkətlər Qrupu tərəfindən qocaman jurnalistə dəstək ifadə edilib - FOTOLAR12:37 - Azərbaycanda MTK-ların "qara siyahı"sı yaradıla bilər12:34 - Prezidentdən Azərbaycan gənclərinə müraciət - YENİLƏNİB09:47 - İran ABŞ üçün şərtlərini açıqladı

28 yanvar

14:53 - 60 min boş iş yeri haradadır? - Agentlik sədrinin müəmmalı açıqlaması14:52 - Orduya böyük sərmayə qoymuşuq...14:50 - Ohanyan üzə çıxdı - "Azərbaycan XTQ-ni, Ermənistan isə polisi gücləndirir"14:48 - "Araz" supermarketlər şəbəkəsi 15 illiyini qeyd edir

26 yanvar

14:38 - ABŞ-da qətl: təhlükəsizlik qüvvələri vətəndaşı güllələdi - Bəs demokratiya nağılı?14:34 - "Təcavüzə ağır cavab veriləcək" - Bəqai14:31 - Çinin ikinci şəxsi ABŞ casusu olub? - QALMAQAL

21 yanvar

10:27 - "Biz üç ildən artıq dövrdə Avropaya qaz ixracını 13 milyard kubmetrə çatdırmışıq" - İlham Əliyev10:22 - Azərbaycan Trampın dəvətini qəbul edib, Sülh Şurasına qoşulub10:17 - Qızılın qiyməti yenə rekord qırdı - Bu il qızılın qiyməti nə qədər olacaq?

16 yanvar

10:41 - Azərbaycandakı sayt və sosial şəbəkələrdə əxlaqsız paylaşımlar qadağan edildi - DETALLAR10:37 - Qəddafinin qızı İran xalqına müraciət edib - "İmperialistlərin aldatıcı sözlərinə və şüarlarına inanmayın"10:36 - Avropa Komissiyası 8 ölkə üçün silah kreditini təsdiqlədi

07 yanvar

16:40 - Erməni təcavüzü nəticəsində nə qədər vətəndaşımız itkin düşüb? - Dövlət Komissiyası16:34 - Ucuz məhsul keyfiyyətsizdirmi? - Ekspertlərdən açıqlama16:32 - "Cənab səfir, bizə cavab verin!"

05 yanvar

13:18 - ABŞ Venesuelada nə qədər insanı qətlə yetirib? 13:16 - Bu, ABŞ-Azərbaycan əməkdaşlığının əsas sütunlarındandır12:55 - Maduronun həbsi neft qiymətlərinə necə təsir edəcək?

02 yanvar

13:44 - "Təkcə Ermənistan hökuməti ilə deyil, həm də xalqı ilə sülh bağlayırıq" - Prezidentin köməkçisi13:41 - Qazaxıstan Rusiyadan yan keçən marşrutla bağlı sənəd imzalamaq istəyir - Layihəyə Azərbaycan da daxildir13:39 - "Ukrayna üzərində Çin dronları uçur, çünki..." - Dmitri Jmaylo