Böyük Britaniya Azərbaycan iqtisadiyyatına necə dəstək verəcək? - Bob Bləkmən açıqladı

17 yanvar, 2022 11:23

"Dənizdə külək hesabına enerji generasiyası, yaşıl texnologiyalara investisiya qoyuluşu və tullantıların idarə edilməsi kimi sahələrdə qabaqcıl dünya təcrübəsinə malik Böyük Britaniya iqtisadiyyatın şaxələndirilməsində Azərbaycana hərtərəfli dəstək verməyə hazırdır”.

"Azsiyaset" xəbər verir ki, bunu report.az-a eksklüziv müsahibəsində Böyük Britaniya Parlamentinin İcmalar Palatasının üzvü və Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Bob Bləkmən bildirib.

O deyib ki, ölkəmiz və Azərbaycan enerji sektorunda problemlərin aradan qaldırılması üzrə birgə səylər göstərməyi öhdələrinə götürüb: "Bu səbəbdən, Azərbaycanın ənənəvi enerjidən bərpa olunan enerjiyə keçid etməsinə Böyük Britaniya tərəfindən investisiya dəstəyinin artacağını gözləyirəm. Bərpa olunan enerji mənbələrindən istifadə və təmiz enerjinin istehsalı baxımından dünya lideri olan Böyük Britaniya tullantıları digər G7 ölkələrindən daha tez azalmağa nail olub”.

B.Bləkmən qeyd edib ki, Böyük Britaniya və Azərbaycan hər iki ölkədə bərpa olunan enerji mənbələrinin inkişaf etdirilməsi istiqamətində birgə fəaliyyət göstərə bilər.

Onun sözlərinə görə, ölkələr əsas diqqəti inkişaf etməkdə olan yaşıl enerji bazarlarına, habelə hazırda həm Böyük Britaniyanın, həm də Azərbaycanın enerji sektorlarının üzləşdikləri problemlərə yönəltməklə ticarət əlaqələrinin genişləndirilməsi imkanlarını araşdırıblar.

"İqtisadiyyatın şaxələndirilməsi, yaşıl enerjiyə investisiya yatırılması və bərpa olunan enerji mənbələri üçün imkanların yaradılması zərurəti haqqında razılaşmalar mövcuddur. Böyük Britaniyanın BP şirkətinin Cəbrayıl və Zəngilan rayonlarında alternativ enerji layihələrini həyata keçirməyə başlaması da böyük əhəmiyyətə malikdir. Bildiyiniz kimi, iyun ayında bununla bağlı əhəmiyyətli müqavilələr imzalanıb”, - parlamentlərarası dostluq qrupunun rəhbəri vurğulayıb.

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI