Ucuz Azərbaycan qazını alıb qonşulara satır, bahalı rus qazını isə öz əhalisinə - Məsələ araşdırılır

17 yanvar, 2022 11:30

Bolqarıstanın baş naziri Kirill Petkov Azərbaycandan ildə 1 milyard kubmetr “Şahdəniz” qazı almaq öhdəliyi götürmüş “Bulgargaz” dövlət qaz təchizatı şirkətində xüsusi xidmət orqanlarının ötən həftə başlatdığı araşdırmaya münasibət bildirib.

"Azsiyaset" virtualaz.org-a istinadla xəbər verir ki, bu barədə EURACTİVE.com portalı məlumat yayıb. Bildirilir ki, baş nazir “şirkətdə bir sıra qanun pozuntularına yol verildiyinə dair şübhələrin olduğunu” deyib.

Sayt yazır ki, son günlər hökumət “Bulgargaz”a qarşı təzyiqləri artırıb. Çünki şirkətin bolqar qaz istehlakçılarının maraqlarına zərbə vurmasından şübhələnir. “Belə şübhələr var ki, şirkət ucuz Azərbaycan qazını alıb qonşu İtaliya və Rumıniyaya ixrac edir, daha bahalı Rusiya qazını isə ölkə daxilində satır. Nəticədə istehlakçılar bundan zərər çəkir”, - məlumatda deyilir.

Baş nazir Kirill Petkov

Xatırladaq ki, “Bulgargaz” Azərbaycandan 2013-cü ildə bağlanmış müqavilə əsasında həmin 1 milyard kubmetr qazın hamısını ala bilmir. Çünki bu qazı Yunanıstandan Bolqarıstana nəql etməli olan interkonnektor qaz kəməri IGB hələ hazır deyil, kəmərin tikintisi 12 ildir şübhəli şəkildə ləngidilir. Bu isə Bolqarıstanın qaz bazarında inhisarçı olan “Gazprom” şirkətinin maraqlarına cavab verir. “Bulgarqaz” Azərbaycan qazının təxminən üçdə birini Rumıniya-Bolqarıstan qaz kəməri (“Qazprom”un nəzarətindədir) üzərindən revers rejimində ala bilir.

Bu və digər şübhəli məqamlarla bağlı Dövlət Milli Təhlükəsizlik Agentliyinin və Baş Polis İdarəsinin əməkdaşları ötən həftə “Bulgaraz”ın ofisində araşdırmalara başlayıblar.

Daha əvvəl isə “Bulgargaz”ın baş direktoru Nikolay Pavlov Dövlət Milli Təhlükəsizlik Agentliyinə məktub yazaraq Azərbaycanla imzalanmış müqavilədən məxfi məlumatların sızdırılmasını araşdırmağı xahiş etmişdi. Bu məlumatların sızması “Qazprom”un maraqlarına uyğundur və Azərbaycan tərəfini bərk qəzəbləndirib.

Hakim koalisiyadan deputat Martin Dimitrov isə EURACTIV-ə deyib ki, bolqar xüsusi xidmət orqanları həm də IGB qaz kəmərinin tikintisinin niyə 12 ildir ləngidiyini araşdırmalıdır. Deputat Avropa Komissiyasını da bu məsələyə qarışmağa çağırıb, çünki kəmərin tikintisini qismən Avropa Komissiyası maliyyələşdirir.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"