Moskvada ilk görüş: "Biz başqa yer də seçə bilərik" - Armen Qriqoryan "Qırmızı xətt"dən danışdı

17 yanvar, 2022 15:53

Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan “Azadlıq” radiosunun erməni xidmətinə müsahibəsində Türkiyə ilə münasibətlərin normallaşmasına dair ötən həftə Moskvada baş tutan ilk danışıqlar üçün məkan kimi məhz Rusiya paytaxtının niyə seçildiyini izah edib. Qriqoryan deyib ki, münasibətlərin normallaşmasına dair danışıqların aparılması üçün mümkün yer seçimi Türkiyə ilə də razılaşdırılmışdı.

“Yəni görüşün Moskvada keçirilməsi hər üç tərəfin razılığı ilə olub. Biz başqa yerləri də müzakirə etmək imkanlarını axtarmağa açığıq. Növbəti görüş Yerevanda və ya Ankarada ola bilər, biz müzakirə etməli və anlamalıyıq. Və hesab edirəm ki, əgər ikitərəfli münasibətlərin normallaşmasında müsbət dinamika yaransa, təmaslar artsa biz münasibətləri normallaşdırmağın da yolunu tapa bilərik”,-Armen Qriqoryan bildirib.

Xatırladaq ki, Türkiyə və Ermənistanın xüsusi nümayəndələri Sərdar Kılıc və Ruben Rubinyanın başçılıq etdiyi nümayəndə heyətləri  arasında ilk görüş yanvarın 14-də keçirilib.  Moskva danışıqları diplomatik qaynaqların bildirdiyinə görə, saat yarım çəkib. Türkiyə XİN-in bu görüşə dair yaydığı yazılı açıqlamada deyilirdi ki, tərəflər “konstruktiv atmosferdə” keçirdikləri dialoqda ilkin mövqelərini çatdırıblar. Müzakirələrin ilkin şərt irəli sürülmədən davam etdirilməsinə razılaşıblar və növbəti raundun yeri, vaxtı diplomatik kanallar üzərindən elan ediləcək.

Türkiyə bu prosesi Azərbaycanla koordinasiyalı şəkildə həyata keçirir və münasibətlərin normallaşmasının şərtlərindən birinin Zəngəzur dəhlizinin açılması olduğunu daha əvvəl rəsmi Ankara dəfələrlə bildirib.

Lakin Qriqoryan bildirir ki, onlar “dəhliz məntiqi ilə” heç bir məsələni müzakirə etmirlər və etməyəcəklər. “Dəhliz məsələsi bizim üçün qırmızı xətdir və bu haqda hamı bilir”,-o deyib.

Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyev Zəngəzur dəhlizinin istənilən halda açılacağını dəfələrlə bəyan edib. Prezident ötən ilin dekabrında Brüsselə səfəri zamanı xəbərdarlıq etmişdi ki, əgər Ermənistan Zəngəzur dəhlizi üzərindən Naxçıvana daşınan yüklərə gömrük nəzarəti tətbiq etsə o zaman Azərbaycan da Laçın dəhlizi üzərində gömrük postu yerləşdirəcək (virtualaz.org). 

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"