Meksikada jurnalisti ağzından güllələdilər

18 yanvar, 2022 10:45

Meksikalı jurnalist Marqarito Martines Tixuanada çalışdığı qapısının ağzında güllələnərək öldürülüb.

Bu barədə jurnalistin çalışdığı "Cadena Noticias" nəşri məlumat yayıb.

Polis araşdırmaya başlayıb, lakin hələlik bu məsələ ilə bağlı rəsmi açıqlama yoxdur.

Martines regional cinayətlər mövzusunda ixtisaslaşmış müəllif və fotoqraf kimi yerli və beynəlxalq nəşrlərlə əməkdaşlıq edib.

2021-ci ildə Meksikada yeddi jurnalist öldürülüb ki, bu da dünyanın istənilən ölkəsində ən yüksək rəqəmdir.