NATO Rusiyaya hansı təklifləri göndərəcək?

18 yanvar, 2022 21:17

NATO tezliklə Rusiyanın təhlükəsizlik zəmanəti tələblərinə cavab olaraq yazılı təkliflərini göndərəcək.

Bu barədə Alyansın Baş katibi Yens Stoltenberq məlumat yayıb.

O bildirib ki, təkliflər silahlara nəzarət danışıqlarını və şəffaflıq tədbirlərini nəzərdə tutur.

“Yaxın vaxtlarda biz yazılı təkliflərimizi Rusiyaya çatdıracağıq”, - NATO-nun baş katibi bildirib.