İsrail Prezidenti Türkiyəyə gələ bilər - Əgər görüş baş tutarsa...
18 yanvar, 2022 23:51
İsrail Prezidenti İshaq Hersoq Türkiyəyə səfər edə bilər.
Modern.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat verib.
O bildirib ki, israilli həmkarı ilə görüşü mümkündür.
Qeyd edək ki, görüş baş tutarsa, bu, İsrailin yüksək vəzifəli dövlət rəsmisinin 2013-cü ildən sonra Ankaraya ilk səfəri olacaq. Sonuncu belə səfər 2013-cü ildə reallaşıb.