"Rusiya ilə müharibə başlayarsa, Ukraynadakı azərbaycanlılar..." - Nazir müşaviri

19 yanvar, 2022 17:06

Azər Xudiyev: “Belə bir həssas dönəmdə Poroşenko kimi nüfuzlu siyasətçinin geri dönməsi təsadüfi deyil”

Ukraynanın sabiq Prezidenti Pyotr Poroşenko ölkəsinə qayıdıb. O, Kiyev hava limanına toplaşan tərəfdarlarına müraciət edərək “Bura Poroşenkonu müdafiə etməyə yox, Ukraynanı müdafiə etməyə gəlmişik” deyib: “Biz Ukraynanın güclü olduğunu, Rusiya Prezidenti Vladimir Putinin təcavüzünə qarşı dayana bildiyini göstərmək üçün birləşməliyik”.

Poroşenkonun Ukraynaya qayıtması beynəlxalq ictimaiyyətin diqqətinə səbəb olub. Bir çox ekspertlər hesab edirlər ki, ABŞ-Rusiya münasibətlərinin gərginləşdiyi hazırkı şəraitdə Poroşenkonun ölkəyə qayıtması təsadüfi deyil.

Ukraynanın maliyyə nazirinin müşaviri, Harvard Universiteti Qara Dəniz Təhlükəsizlik Proqramı Mərkəzinin geosiyasi risklər üzrə analitiki, Azərbaycanın Ukraynadakı sabiq səfiri Azər Xudiyev AYNA-ya müsahibəsində Ukraynada baş verən hadisələrlə bağlı fikirlərini bölüşüb.

- Ukraynanın sabiq Prezidenti Pyotr Poroşenkonun ölkəyə qayıtması ciddi müzakirələrə səbəb olub. Əksər ekspertlərin fikrincə, onun indiki məqamda Kiyevə dönməsi təsadüfi deyil və arxasında ciddi səbəblər dayanır...

- Poroşenkonun Kiyevə qayıtması Ukrayna ictimaiyyəti tərəfindən təqdir olunur. Minlərlə ukraynalı hava limanında onu coşğu ilə qarşıladı. Ukraynanın nüfuzlu siyasətçiləri, ictimai xadimləri də onu qarşılayanlar arasında idi. Nəzərə almaq lazımdır ki, Poroşenki Ukraynanın ictimai-siyasi həyatında müstəsna əhəmiyyətə malik siyasətçidir. O, Ukraynaya rəhbərliyi dövründə bu ölkənin inkişafı üçün çox işlər görüb. Son dövrlər onun rəhbəri olduğu siyasi partiyanın və özünün nüfuzunun ciddi şəkildə yüksəlməsi də diqqətdən yayınmır. Hazırda bu ölkədə çox ciddi siyasi hadisələr yaşanmaqdadır və belə bir həlledici məqamda Poroşenkonun Kiyevə qayıtması təsadüfi deyil. Müəyyən siyasi qüvvələr var ki, hər vəchlə onun siyasi fəaliyyətini əngəlləməyə, qarşısını almağa çalışırlar.

Bilirsiniz ki, bu gün Rusiya Ukraynaya qarşı hibrid müharibə aparır. Belə bir məqamda tamamilə mümkündür ki, şimal qonşumuz bu məsələlərə təsir rıçaqlarını işə salsın və öz maraqlarını həyata keçirsin. Onun məhkəməsi zamanı ictimaiyyətin fəal dəstəyi də göstərir ki, ukraynalılar Poroşenkonu qorumaqda israrlıdırlar. Bir daha söyləmək istəyirəm ki, Poroşenko Ukrayna üçün ciddi işlər görüb. Nəzərə almaq lazımdır ki, Ukraynada fərqli siyasi şərait hökm sürür və müxalifətin də hadisələrə ciddi təsir imkanları var. Eyni zamanda onun rəhbəri olduğu partiyanın ciddi maliyyə qaynaqları mövcuddur. Ukrayna elə bir cəmiyyətdir ki, burada hər hansı lideri sıxdıqca onun reytinqi daha da yüksəlir.

- Beynəlxalq ictimaiyyətin Kiyevdə baş verənlərə reaksiyası necə olacaq?

- Poroşenko uzun müddətdir siyasi fəaliyyətlə məşğuldur və beynəlxalq səviyyədə də ciddi əlaqələrə malikdir. O, son zamanlar Avropada yaşayırdı. Mütəmadi olaraq Polşada və digər Şərqi Avropa ölkələrində olurdu. Heç kimə sirr deyil ki, Şərqi Avropa dövlətləri və liderləri onun arxasında dayanıblar. Ələxsus da Rusiya-Ukrayna münasibətlərinin gərginləşdiyi və pik həddə çatdığı hazırkı şəraitdə Poroşenkoya qarşı sərt addımlar atmaq elə də asan olmayacaq. Ukrayna hökuməti bütün bunları nəzərə alır və hesab edirəm ki, ona qarşı münasibətdə təmkinli mövqe nümayiş etdirəcək.

- Rusiya-Ukrayna qarşıdurması hərbi toqquşmalara gətirib çıxara bilərmi?  

- Açığını desəm, inanmıram ki, Rusiya ilə Ukrayna arasında müharibə olsun. Ola bilər ki, hər hansı xırda təxribatlar olsun. Moskva tərəfindən bu səpkili addımların atılacağını gözləmək olar. Lakin bunun müharibəyə gətirib çıxaracağı ehtimalı çox azdır. Bildiyiniz kimi, hazırda Rusiyanın da vəziyyəti yaxşı deyil. Düzdür, Kreml əlində olan resurslardan bu gün Ukraynanı zəiflətmək məqsədilə istifadə edir. Bunu beynəlxalq münasibətlər sistemində təhdid də adlandırmaq olar. Tarixi təcrübəyə istinad etsək, görərik ki, Moskva bu cür siyasi texnologiyalardan məharətlə istifadə edib və bu gün də istifadə etməkdə davam edir. Digər tərəfdən hazırda bu yöndə çox ciddi müzakirələr gedir. Rusiya öz şərtlərini diqtə edir, ABŞ və Qərb isə qəti mövqe ortaya qoyub. Hesab edirəm ki, hazırkı şəraitdə Rusiya müharibə qərarı verərsə, böyük səhvə yol vermiş olar.

- Rusiya Ukrayna ilə anlaşa biləcəkmi? Onları ortaq məxrəcə gətirən amillər hansılar ola bilər?

- Moskvanın yürütdüyü siyasətin nəticələrini bir çox hallarda onların özləri də hesablamırlar. Məşhur bir deyim var: Rusiyanın yürütdüyü siyasətin məntiqi yekunu onların özlərinə belə, bəlli deyil. Onların öz “rus dünyası” var və həmin xəttə uyğun siyasət yürüdürlər. Lakin artıq dünya dəyişib, müasirləşib və yeni trendlər meydana çıxıb. Bu xüsusda Rusiya da məcburdur ki, yeni dünya qaydaları ilə hesablaşsın. Zamanla bu reallıqları qəbul edəcəyi qaçılmazdır. Hazırda nəinki Ukrayna, Rusiyanın özündə də ciddi böhran hökm sürür. Belə bir şəraitdə Rusiya-Ukrayna, o cümlədən Qərb-Rusiya gərginliyi davam etsə də, bunun irimiqyaslı müharibə ilə nəticələnəcəyini gözləmək sadəlövhlük olardı. Moskva bilir ki, bu, baş verərsə, onu hansı aqibət gözləyir. Bu halda ABŞ və Qərbin sərt iqtisadi sanksiyaları onsuz da sosial-iqtisadi problemlər məngənəsində üzən Rusiya üçün sarsıdıcı ola bilər.

- Ukrayna amili iki dünya gücünü üz-üzə gətirib. Müharibə ehtimallarının artdığı hazırkı şəraitdə oradakı soydaşlarımızın durumu necədir?

- Açığını desəm, Ukraynada yaşayan soydaşlarımız bu ölkənin ictimai-siyasi həyatında yaxından iştirak etmirlər. Bir çox soydaşlarımız var ki, Ukraynanın vətəndaşlarıdır. Baxmayaraq ki, müharibə ehtimalı yoxdur və Allah etməmiş, bunun əksi olsa, onlar Ukrayna vətəndaşları olaraq öz borclarını yerinə yetirəcəklər. Mən özüm Azərbaycan vətəndaşı olsam da, Ukraynada yaşayan və çalışan biri olaraq bu ölkəni müdafiə etməyə, dəstəkləməyə hazıram. Ukrayna Qarabağ münaqişəsində, ərazi bütövlüyü məsələsində və digər məsələlərdə Azərbaycanı daim dətsəkləyib və bizim aramızda çox yüksək münasibətlər mövcuddur. Bu münasibətlər sürətlə inkişaf edir və strateji tərəfdaşlıq xarakteri daşıyır.

Müəllif: Azər Niftiyev

09 fevral

15:13 - Peskov Ankoriç ruhunun sirrini açdı - Ukrayna müharibəsində böyük sıçrayışın 28 gizli bəndi15:11 - Şagirdlər "İdrak" liseyini tərk edir15:08 - Dələduzluğa görə həbs edilən dəstə başçısı - Ev dustaqlığına buraxıldı

02 fevral

14:25 - FED-də dəyişiklik bazarları silkələdi - Qızıl və gümüş "çökdü", neft ucuzlaşdı14:23 - "Xalq" qəzetində keçirilən görüşdə Veysəloğlu Şirkətlər Qrupu tərəfindən qocaman jurnalistə dəstək ifadə edilib - FOTOLAR12:37 - Azərbaycanda MTK-ların "qara siyahı"sı yaradıla bilər12:34 - Prezidentdən Azərbaycan gənclərinə müraciət - YENİLƏNİB09:47 - İran ABŞ üçün şərtlərini açıqladı

28 yanvar

14:53 - 60 min boş iş yeri haradadır? - Agentlik sədrinin müəmmalı açıqlaması14:52 - Orduya böyük sərmayə qoymuşuq...14:50 - Ohanyan üzə çıxdı - "Azərbaycan XTQ-ni, Ermənistan isə polisi gücləndirir"14:48 - "Araz" supermarketlər şəbəkəsi 15 illiyini qeyd edir

26 yanvar

14:38 - ABŞ-da qətl: təhlükəsizlik qüvvələri vətəndaşı güllələdi - Bəs demokratiya nağılı?14:34 - "Təcavüzə ağır cavab veriləcək" - Bəqai14:31 - Çinin ikinci şəxsi ABŞ casusu olub? - QALMAQAL

21 yanvar

10:27 - "Biz üç ildən artıq dövrdə Avropaya qaz ixracını 13 milyard kubmetrə çatdırmışıq" - İlham Əliyev10:22 - Azərbaycan Trampın dəvətini qəbul edib, Sülh Şurasına qoşulub10:17 - Qızılın qiyməti yenə rekord qırdı - Bu il qızılın qiyməti nə qədər olacaq?

16 yanvar

10:41 - Azərbaycandakı sayt və sosial şəbəkələrdə əxlaqsız paylaşımlar qadağan edildi - DETALLAR10:37 - Qəddafinin qızı İran xalqına müraciət edib - "İmperialistlərin aldatıcı sözlərinə və şüarlarına inanmayın"10:36 - Avropa Komissiyası 8 ölkə üçün silah kreditini təsdiqlədi

07 yanvar

16:40 - Erməni təcavüzü nəticəsində nə qədər vətəndaşımız itkin düşüb? - Dövlət Komissiyası16:34 - Ucuz məhsul keyfiyyətsizdirmi? - Ekspertlərdən açıqlama16:32 - "Cənab səfir, bizə cavab verin!"

05 yanvar

13:18 - ABŞ Venesuelada nə qədər insanı qətlə yetirib? 13:16 - Bu, ABŞ-Azərbaycan əməkdaşlığının əsas sütunlarındandır12:55 - Maduronun həbsi neft qiymətlərinə necə təsir edəcək?

02 yanvar

13:44 - "Təkcə Ermənistan hökuməti ilə deyil, həm də xalqı ilə sülh bağlayırıq" - Prezidentin köməkçisi13:41 - Qazaxıstan Rusiyadan yan keçən marşrutla bağlı sənəd imzalamaq istəyir - Layihəyə Azərbaycan da daxildir13:39 - "Ukrayna üzərində Çin dronları uçur, çünki..." - Dmitri Jmaylo