ABŞ Ukraynaya neçə milyon dollar vəd edir?

19 yanvar, 2022 23:47

ABŞ hakimiyyəti əlavə 300 milyon dollar ayıracaq.

TASS xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken bildirib.

"Biz müdafiə və təhlükəsizlik yardımı da daxil olmaqla, Ukraynaya dəstəyi 2022-ci ildə də davam etdirəcəyik”, - Blinken qeyd edib.

Dövlət katibi Vaşinqtonun Ukraynanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyinə əmin edib.