""Tərtər hadisələri" olub və heç kim ..." - Baş prokurordan açıqlama
20 yanvar, 2022 12:41
""Tərtər işi" ilə bağlı istintaq qrupu yaradılıb. Heç kim bu işdən siyasi məqsədlərlə istifadə edə bilməyəcək".
Bunu Azərbaycanın Baş prokuroru Kamran Əliyev deyib.
"Tərtər hadisələri olub. Bununla bağlı araşdırma aparılır", - o vurğulayıb
O bildirib ki, istintaq qrupu yaradılıb və intensiv istintaq aparılır: “Biz Tərtər hadisələrinin istintaqını təzələmişik, həqiqətin bərpa olması istiqamətində bütün hüquqi proseslər yerinə yetiriləcək. İstintaq qısamüddətli proses deyil, peşəkarlar bunu bilir".