"Xalq Cəbhəsi liderləri mənasız şüarlarla camaatı qırğına verdilər" - Politoloqdan qalmaqallı açıqlama

20 yanvar, 2022 13:31

“20 yanvar hadisəsi SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin təxribatı idi”. 

Bu sözləri Demokrat.az-a açıqlamasında Azərbaycan Xalq Cəbhəsinin İdarə Heyətinin üzvü olmuş, politoloq Zərdüşt Əlizadə deyib.

“O vaxtlar belə bir faciəli günün yaxınlaşdığını görürdüm. Xalq Cəbhəsi İdarə heyətində üç dəfə məruzə etdim ki, xalqı ayağa qaldırıb dövlət idarələrinə, orduya hücum etmək lazım deyil. Bu, təhlükəlidir və nəticəsi pis olacaq. Orduda qulluq eləməmiş, fərrari Xalq Cəbhəsinin İdarə Heyətinin üzvləri mənim dediyimi anlamırdılar. 15 nəfər idarə heyətinin üzvündən yalnız 2 nəfər Sovet ordusuna qulluq etmişdi ki, onlardan biri də mən idim. Son 13 nəfər isə fərrari idi, Sovet ordusunda qulluq eləməmişdi, min bir fırıldaqla boyun qaçırmışdı. Ona görə də, orduda andın nə olduğunu, orduda verilən əmrlərin sözsüz yerinə yetirildiyini anlamadan Vəzirovu devirmək naminə xalqı sövq edirdilər ki, dövlət idarələrinə hücum etsinlər. Mənasız, səfeh uşaqlarla mitinq keçirirdilər. Dövlət idarələrini iflic vəziyyətə salmışdılar. Axırda görəndə ki, bu adamlar söz anlamırlar, şüurlu surətdə xalqı qırğına aparırlar, 1990-cı il yanvarın 7-də Xalq Cəbhəsini tərk etdim. Mən Xalq Cəbhəsini tərk edəndən sonra son sözlərim bu olmuşdu: “Bəylər, mən qorxuram. Siz xalqı qana, məğlubiyyətə aparırsınız”. Qışqırdılar ki, “xain, satqın, qorxaq” və s.  Mən də döndüm, çıxdım getdim. Qaldı Əbülfəz Əliyev və onun ətrafı. 13  gündən sonra bu hadisə baş verdi”. 

Z.Əlizadənin sözlərinə görə, bu, Dövlət Təhlükəsizliyi Komitəsinin təxribatı idi və bu işdə Xalq Cəbhəsi fəal iştirak etdi:

Yada salmaq istəyirəm ki, 13 yanvar 1990-cı ildə son şüar “ermənilərə ölüm” idi. Bu, DTK layihəsinin tərkib hisssəsi idi. On üç gündən sonra Sovet ordusu əlavə hissələrini Bakıya yeritdi. Onsuz da, Bakıda 11 mindən yuxarı Sovet ordusu var idi və 20 min də əlavə saldılar. Xalq Cəbhəsi şüurlu sürətdə bilərək ki qırğın olacaq, xalqı yalançı şüarlarla küçələrə çıxartdı. Silah verəcəyik və s. yalançı vədlərlə xalqı aldatdılar. Camaatı küçələrə çıxardılar, Sovet hərbi hissələrinin ətrafında və Bakıya gedən əsas yollarda barikadalar qurdular. O vaxtlar onlara siyasi rəhbərlik tərəfindən təhdid edildi ki, camaatı küçəyə çıxartmayın. İsa Qəmbərin cavabı belə oldu ki, nümayiş və mitinqlər xalqın konstitusion hüququdur. Gəlin vurun, qırın! Əbülfəz bəy də xalqa dedi ki, qadınlar getsin, kişilər qalsın. Özü də qaçdı gizləndi qəlb dostu Becan Fərzəliyevin evində. Ondan sonra ordu gəldi, qırdı. 131 meyid Bakıda, 7 meyid Neftçala və Lənkəranda”.

Politoloq qeyd edir ki, həmin vaxtlar Moskva bura ən ali məqamlı siyasi rəhbərlərini göndərmişdi: “Onlar Xalq Cəbhəsinin liderləri ilə görüşdülər və dedilər ki, xalqı küçəyə çıxartmayın. Amma dedilər ki, çıxardacağıq. Belə bir şəraitdə Vəzirovu yıxmaq naminə mənasız şüarlarla camaatı verdilər qırğına. Sonra da iblisanə bir məkrlə bunu adlandırdılar xalqın qəhrəmanlıq simfoniyası, vəssalam. Sonda Vəzirovu yıxdılar. Bu adamlar alçaq işlərini görəndən sonra çəkiliblər və 30 ildir müxalifət rolunu oynayırlar. 18 dəfə seçkini uduzublar, özlərini xalqın adamı adlandırırlar. Mən adi insanam, bilirəm çörəyim haradan çıxır. Sovet dövründə aldığım mənzildə yaşayıram. Bu adamlar haradan qazanırlar? Necə yaşayırlar? Gəlirləri haradandır? Anlamıram. Xalq olaraq bu sualı vermirik. 20 Yanvar Azərbaycan xalqının demokratik idarəçilik üzvlərini itirməsi üçün DTK-nın və hakimiyyət maşasının apardığı siyasətin növbəti mərhələsi idi. İndi sosial şəbəkədəki nadan, cahil insanlar elə bilirlər hər şey bilirlər, əslində tariximizlə bağlı heç nə bilmirlər”.

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI