Qubadlıdan keçib Ermənistana yük daşıyan İran TIR-ları azalıb?

20 yanvar, 2022 15:20

Ermənistanın dövlət gəlirləri Komitəsinin sədri Rüstəm Bədəsyan ötən gün yanvarın 19-da jurnalistlərə bildirib ki, Gorus-Qafan yolunun Azərbaycandan keçən hissəsi ilə hərəkət edən İran yük maşınlarının sayı azalıb.

Erməni məmurun iddiasına görə, İran yük maşınlarının böyük hissəsi alternativ Tatev-Kafan yoluna üstünlük verir. Bədəsyan deyib ki, erməni tərəfi Gorus-Qafan yolu üzərində gömrük məntəqəsi yerləşdirib və İran yük maşınları bu yoldan istifadə edə bilərlər. Lakin yükdaşıyanlar artıq xərcə düşmək istəmir və Azərbaycan tərəfinə 130 dollar tranzit yükdaşıma vergisi ödəməmək üçün alternativ yoldan istifadə edilər.

“Döngələrdən yan ötməyə imkan verən yeni yol haqda da danışılır. Bu yol çəkilsə Gorus-Qafan yolu bağlana, oradan yük axını ümumiyyətlə kəsilə bilər”, - Bədəsyan belə deyib.

Bəlli olduğu kimi, 2020-ci ilin dekabrında Ermənistan ordusunun qalıqları Qubadlı rayonunun ərazisini tam tərk edib və beləliklə də Azərbaycan bu istiqamətdə öz dövlət sərhədinə  nəzarəti ələ alıb. Bununla da hələ sovet dövründə çəkilmiş Gorus-Qafan avtomobil yolunun Qubadlının Eyvazlı və Çayzəmi kəndləri arasından keçən təxminən 23 kilometrlik hissəsi Azərbaycanın nəzarətinə keçib. 2021-ci ilin yay aylarında Azərbaycan Gorus-Qafan yolu üzərində gömrük və sərhəd postları yerləşdirib, tranzit yükdaşımalara dair normalara əsasən bu yoldan keçib Ermənistana yük daşıyan İran TIR-larından gömrük rüsumu tutmağa başlayıb.

Ermənistan Tatev kəndindən Qafana tələm-tələsik alternativ yol çəkməyə başlayıb, lakin bu yol mürəkkəb dağlıq ərazilərdən keçdiyinə görə ağırtonnajlı yük maşınlarının hərəkəti üçün əlverişli deyil. Ona görə də İran yükdaşıyanları qəzadan qaçmaq üçün Azərbaycan gömrüyünə rüsum ödəyərək Gorus-Qafan yolundan istifadə etməkdə davam edirdi. Nəticədə Azərbaycan tərəfi təxminən üç ay ərzində Eyvazlı gömrük postunda 1,2 milyon dollara yaxın gömrük rüsumu toplaya bilmişdi.

Bu baxımdan indiki sərt qış aylarında İran TIR-larının əksəriyyətinin Tatev-Qafan alternativ yoluna yönəldiyi haqda erməni məmurun dedikləri inandırıcı deyil. Elə müxalifətdə olan “Ermənistan” blokundan deputat Artur Xaçatryan da buna inanmır. O, ötən gün jurnalistlərə bildrib ki, Gorus-Qafan yoluna alternativ çəkilən yol artıq dağılmağa başlayıb. O deyib ki, hökumət alternativ yolun çəkilməsinə Gorus-Qafan yolunun Azərbaycandan keçən hissəsində gömrük nəzarəti tətbiq edilməsindən sonra başlayıb və tikinti işləri tələm-tələsik aparılıb.

Hakim “Vətəndaş müqaviləsi” partiyasından deputat Marina Kazaryan bunu inkar etməyib, deyib ki, yolun 6-7 sahəsində müəyyən problemlər yaranıb. Bu da tikinti işlərinin tələsik aparılması ilə bağlıdır. “Bu yolla 40 tonluq avtomobillər hərəkət etməlidir. Bu, dövlətlərarası şosse deyil, kənd yoludur və beynəlxalq əhəmiyyətli şosse normalarına cavab vermir”, - Kazaryan etiraf edib. Və belə vəziyyətdə Ermənistan vətəndaşlarına hansı yolun qaldığını izah etməyib.

Vəziyyətdən çıxış yolu isə əlbəttə ki, Gorus-Qafan yolunun Qubadlıdan keçən hissəsindən istifadə etməkdir. Yəni hökumət rəsmilərinin optimist proqnozlarının əksinə olaraq İran TIR-ları əsasən bu yoldan istifadə etməli olacaqlar(virtualaz.org). 

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"