"Putin böyük və ciddi bədəl ödəyəcək" - Gərginlik artır

20 yanvar, 2022 22:24

Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın bu ölkəyə gözlənilən irimiqyaslı hərbi müdaxiləsi ilə bağlı xalqa müraciət edib.

Azsiyaset.com virtualaz.org-a istinadən xəbər verir ki, dövlət başçısı müharibənin yenilik olmadığını, Ukraynanın artıq səkkiz ildir Rusiya ilə müharibə vəziyyətində olduğunu deyib.

“Məgər hərbi müdaxilə 2014-cü ildə başlamayıb? Məgər müharibə təhlükəsi ancaq indi meydana çıxıb?”, - Zelenski bildirib.

Zelenskinin sözlərinə görə, Rusiya ilə irimiqyaslı hərbi eskalasiya riskləri birinci gün deyil ki, mövcuddur və indi həmin risklər artıb. Eyni zamanda mövzu ətrafında ajiotaj da artıb. “İndi bizim torpaqlarımıza deyil, sizlərin əsəblərinə fəal hücum edirlər ki, daim narahatlıq içərisində olasınız”, - Ukrayna prezidenti deyib.

O qeyd edib ki, bu cür informasiya hücumlarının daha bir məqsədi Ukraynanın iqtisadi baxımdan zəiflədilməsidir. Bu yolla investorları qorxudurlar ki, onlar Ukraynada bizneslərinin inkişafına vəsait yatırmaqdan çəkinsinlər. Zelenski Ukrayna vətəndaşlarını təşvişə düşməkdən çəkinməyə və “rahat nəfəs almağa” çağırıb. Habelə KİV-lərə məsləhət görüb ki, “kütləvi isteriya vasitəsinə” çevrilməsinlər.

“Ukrayna müharibə istəmir, amma Ukrayna həmişə ona hazır olmalıdır”, - Zelenski deyib.

Zelenskinin xalqa müraciəti ilə təxminən eyni saatlarda ABŞ prezidenti Cozef Bayden də Ağ evdə mətbuat konfransı keçirib və onun çıxışının əsas hissəsi Ukrayna ətrafındakı situasiya ilə bağlı olub. Bayden bildirib ki, baş verənlər Rusiyanın Ukraynaya hücum etmək niyyətini göstərir, ancaq prezident Putin hələ müharibə qərarı verməyib. ABŞ prezidentinin sözlərinə görə, Rusiya Ukraynaya müdaxilə etsə onu “görünməmiş iqtisadi sanksiyalar” gözləyir.

“Mən hələ də hesab edirəm ki, Putin tammiqyaslı müharibə istəmir. Lakin mən bilirəm ki, o niyyətini elə indi dəyişdirməsə böyük və ciddi bədəl ödəyəcək. Və mən hesab edirəm ki, o bütün ömrü boyu bu qərarından təəssüflənəcək”, - ABŞ prezidenti bildirib.

Baydenin sözlərinə görə, ABŞ o dərəcədə ağrılı sanksiyalar paketi hazırlayıb ki, onların tətbiqi Rusiya üçün “fəlakət” olacaq. Məsələn, Rusiya bankları dollarla əməliyyatlar həyata keçirə bilməyəcək. Baydenin sözlərinə görə, Kreml heç vaxt bu cür sanksiyalarla üzləşməyib.

Bu arada Ukraynanın müttəfiqləri ona silah dəstəyi verməkdə davam edir. ötən iki sutka ərzində Böyük Britaniya Kral Hərbi Hava Qüvvələrinin 8 C-17 “Globemaster” nəqliyyat təyyarəsi Kiyevə enib. Bu təyyarələr Böyük Britaniyadan tank əleyhinə NLAW komplekslərini daşıyır. Böyük Britaniya artıq Ukraynaya bu kompleksləri verdiyini rəsmən təsdiq edib. Söhbət mindən çox belə kompleksdən gedir. Hesablamalara görə bir C-17 təyyarəsi 180-ə qədər belə kompleks və onlara aid raketlər daşıya bilir. NLAW tank əleyhinə kompleksləri yüksək dəqiqlikli silahdır, atəş məsafəsi 600-800 metrdir, yəni yaxın döyüş üçündür. Hədəfi vurma dəqiqliyi 100 faizdir. Ehtimal edilir ki, Ukrayna azı 1400 belə kompleks alıb. Bu isə Ukraynaya müdaxilə zamanı Rusiya ordusunun ciddi itkilər verəcəyini göstərir.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"