Ermənistan ordusunun 30 illiyi münasibətilə Rusiyada baş tutmayan konsert

21 yanvar, 2022 13:06

Rusiyanın Voronej şəhərində Ermənistan ordusunun yaradılmasının 30 illiyi münasibətilə konsert təşkil olunması baş tutmayıb.

"Azsiyaset" virtualaz.org-a istinadla xəbər verir ki, yerli erməni diasporundan kimlərsə yanvarın 28-nə təyin olunmuş bu konsertin afişasını da hazırlayıblar, amma meriya məsələdən xəbər tutanda erməni diasporunun rəhbərlərini çağırıb və onlara Rusiya ərazisində başqa ölkənin ordusunun yubileyini keçirməyin yolverilməz olduğunu xatırladıblar.

Baş tutmayan konsertin afişası

Konsert haqda bir neçə gün əvvəl yerli “Bloknot” internet-nəşri yazıb. Bildirilirdi ki, konsertin afişasında Ermənistanın keçmiş müdafiə naziri Vazgen Sərkisyanın (Xocalı qətliamını törədənlərdən biri, hərbi cani, - red.) davakar sitatları yer alır. Orada göstərilirdi ki, konsert yanvarın 28-də Voronejdəki Dəmiryolçular Mədəniyyət Evində keçiriləcək.

“Bloknot” portalının redaksiyası isə sual edirdi: Yaxşı, Voronejdə Ermənistan Respublikasının yubileyini qeyd etdilər, bəs erməni milli ordusu hara, Voronej hara?! Voronej meriyasında da bu konsert haqda ancaq həmin sayt vasitəsilə xəbər tutublar. Və müşavirə keçiriblər. Həmin müşavirəyə Voronejdəki erməni icmasının sədri Kamo Çobanyanı da çağırıblar, ondan izahat istəyiblər. Məlum olub ki, Çobanyan bu konsert haqda “heç nə bilmir”, ümumiyyətlə yerli erməni icmasının bu işdə “iştirakı yoxdur”.

Kamo Çobanyan

Çobanyanın köməkçisi Vardan Vardazaryan “Bloknot Voronej”ə bildirib: “Heç bir anlayışımız yoxdur ki, bu afişa haradan çıxıb. Bizim üçün bu tam gözlənilməz oldu. Mən özüm bu haqda sizin məqalənizdən sonra xəbər tutdum, zəng vurmuşdular. Bilmirik konserti kim təşkil etmişdi, diasporun bu işdə rolu yoxdur”.

Meriya məsələyə qarışandan sonra konsert fevralın 6-na keçirilib və tematikası tam dəyişdirilib. İndi o, “Rusiyada erməni mədəni irsinin qorunmasına” həsr edilib. Bu isə artıq başqa məsələdir.

Lakin erməni ordusu haqda, konsertə hazırlıq getdiyi haqda xəbərdən sonra YouTube-də yerli erməni icmasını “çox hiddətləndirən” videorolik peyda olub. Naməlum müəllif həmin rolikdə göstərir ki, ermənilərin Voronejdə təxribatı baş tutmadı, onları yerinə oturtdular! Rolikdə deyilir ki, erməni diasporunun nümayəndələri ilə meriyada sərt söhbət aparılıb, belə aksiyaların yolverilməzliyi barədə xəbərdarlıq edilib. Deyilib ki, Rusiya şəhərlərində ancaq Rusiya ordusunun yubileyini keçirmək olar. “Gedin öz ordunuzu öz ölkənizdə tərifləyin, bizim isə burada öz ordumuz var, hansı ki, o cümlədən sizi və sizin ordunuzu da qoruyur”,-erməni diasporunun nümayəndələrinə Qarabağdakı 44 günlük müharibənin nəticəsini bu cür istehza ilə xatırladıblar.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"