Rusiya səfiri və Rubinyan nələri müzakirə etdilər?

22 yanvar, 2022 00:09

Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan Rusiya səfiri Sergey Kopırkin ilə Ankara və İrəvan arasında münasibətlərin normallaşdırılması məsələlərini müzakirə edib.

"Sputnik Ermənistan" xəbər verir ki, bu barədə Ermənistan parlamentinin mətbuat xidməti məlumat yayıb.

Rubinyan görüşü konstruktiv adlandıraraq, Ermənistanın problemlərin mənalı proses vasitəsilə həllində maraqlı olduğunu bildirib.

Öz növbəsində Kopırkin Rusiya tərəfinin İrəvanla Ankara arasında münasibətlərin normallaşması üçün səylərini davam etdirəcəyini bildirib.