"Rusiya təcavüz planlarından əl çəkməlidir" - Britaniyadan Putinə sərt xəbərdarlıq

22 yanvar, 2022 16:45

Böyük Britaniyanın xarici işlər naziri Liz Truss Rusiyanı Ukraynaya hərbi müdaxiləyə qarşı xəbərdar edib. Avstraliyada səfəri zamanı çıxış edən nazir Rusiya prezidenti Vladimir Putini böyük strateji səhvə yol verməməyə və iddia olunan təcavüz planlarından əl çəkməyə çağırıb.

Trussun fikrincə, işğal onu göstərəcək ki, Kreml tarixdən dərs almayıb. Nazirə görə, irimiqyaslı hərbi əməliyyatlar çoxlu sayda insanın, o cümlədən Rusiya hərbçilərinin də itkisinə səbəb olacaq. Bu kontekstdə o, Sovet İttifaqının Əfqanıstanda, Rusiyanın da Çeçenistanda apardığı müharibələri xatırladıb.

Truss həmçinin Rusiyanın özünün Ukraynanın ərazi bütövlüyünü qorumaq öhdəliyi götürdüyü 1994-cü il Budapeşt Memorandumunu yada salıb.

Britaniyalı nazirin sözlərinə görə, Rusiyanın işğalı halında Qərb Rusiyaya qarşı çox ciddi sanksiyalar tətbiq edəcək. Bundan əlavə, Britaniya Ukraynanı silahla təmin edir - bu yaxınlarda, xüsusən də, Moskvada tənqidlərə səbəb olan tank əleyhinə silahların tədarükü elan edilib.

Truss öz çıxışında həm Putini, həm də Çin lideri Si Tsinpini kəskin tənqid edib. O, Rusiya və Çini Belarus, Şimali Koreya və Myanma kimi ölkələrin rəhbərliyinə dəstək verən diktatura ixrac edən qlobal təcavüzkarlar adlandırıb.

Britaniyalı nazirin sözlərinə görə, qlobal təcavüzkarlar hazırda İkinci Dünya Müharibəsindən sonra ən güclülərdir. Onlara ancaq dünya demokratik dövlətlərinin birliyi – “azad dünya” müqavimət göstərə bilər. Onun fikrincə, Qərb ölkələri Avstraliya, İsrail, Hindistan, Yaponiya və İndoneziya kimi dövlətlərlə əməkdaşlıq etməlidir. Britaniyalı nazir deyib ki, Qərb də Avstraliyanın Çinlə ticarət asılılığını necə azaltdığı kimi Rusiyadan iqtisadi asılılığını azaltmaq barədə düşünməlidir.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"