Ermənistanın yeni prezidenti necə seçiləcək? - DETALLAR

24 yanvar, 2022 00:31

Məlum olduğu kimi, bir qədər əvvəl Ermənistan prezidenti Armen Sarkisyan istefa verib. O istefasını daxili və xarici siyasətə təsir alətlərinin olmaması ilə əlaqələndirib. Sarkisyan açıqlamasında bildirib ki, Ermənistanda paradoksal vəziyyət yaranıb, prezident faktiki olaraq heç bir real alətə malik olmadan dövlətçiliyin təminatçısı olmağa məcburdur.

"Azsiyaset" modern.az-a istinadla xəbər verir ki, Ermənistan Konstitusiyasının 142-ci maddəsinə əsasən, ölkənin prezidenti istefa verikdə bu barədə ərizəni parlamentə təqdim edir. İstefa qanunla müəyyən edilmiş qaydada dərc edildiyi andan qəbul edilmiş hesab olunur. Konstitusiyanın 144-cü maddəsinə görə, yeni prezident seçilənə qədər Ermənistanın dövlət başçısının səlahiyyətlərini parlamentin spikeri icra edəcək.

Hazırda Ermənistan parlamentinin spikeri postunu Paşinyanın partiyasından olan Alen Simonyan tutur. Yeni konstitusiyaya görə, Ermənistan prezidenti postu boş qaldıqda növbədənkənar seçkilər keçirilir. Seçkilər istefanın rəsmi təsdiq olunmasından 25 gündən sonra və 35 gündən gec olmayaraq keçirilməlidir.

Məlumat üçün bildirək ki, Ermənistan prezidenti parlament tərəfindən seçilir. Namizədlər deputatların ümumi sayının ən azı dörddə biri tərəfindən irəli sürülür. Deputatların ümumi səslərinin azı dörddə üçünün səsini toplayan namizəd Ermənistan prezidenti seçilmiş sayılır. Birinci turda prezident seçilmədikdə, bu turda iştirak etmiş bütün namizədlər ikinci tura keçir. İkinci turda deputatların ümumi səslərinin azı beşdə üçünün (65 deputat) səsini toplayan namizəd prezidenti seçilir. Bu turda da prezident müəyyən olunmasa, ən çox səs toplamış iki namizəd üçüncü turda yarışır və bu raundda səslərin ən çoxunu qazanan şəxs prezident seçilir. 40 yaşına çatmış, son 6 ildə Ermənistan vətəndaşı olan və ölkədə daimi yaşayan, səsvermə hüququna malik olan və erməni dilini bilən şəxs Ermənistan prezidenti ola bilər.

Prezident 7 il müddətinə seçilir. Eyni şəxs bu vəzifəyə yalnız bir dəfə seçilmək hüququna malikdir. Ermənistanda dövlət başçısı başqa vəzifə tuta, sahibkarlıq fəaliyyəti, maaşlı işlə məşğul ola və səlahiyyət müddəti ərzində heç bir partiyanın üzvü ola bilməz.

Xatırladaq ki, Sarkisyan 1996-1997-ci illərdə Ermənistanın baş naziri olub. 2018-ci ildə Daşnaksütun və Ermənistan Respublikaçı Partiyası tərəfindən namizədliyi irəli sürülərək rəqibsiz seçkidə prezident postuna seçilib.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"