"Rusiyanın Ukraynaya müdaxiləsi Amerikanın bütün müttəfiqlərinə hücum deməkdir" - "Foreign Policy" nəşri

24 yanvar, 2022 15:15

Krımın işğalından sonra tətbiq edilən sanksiyalar Kremlin aqressiv davranışını dəyişməyib. 

Co Bayden bu yaxınlarda keçirdiyi mətbuat konfransında faktiki olaraq Ukraynaya “ağ bayraq atdı” və bu, Vladimir Putini köhnə sovet imperiyasını bərpa etmək üçün ölkəni işğal etməyə sövq edə bilər.

"Azsiyaset" moderator.az-a istinadla bildirir ki, bu fikir ABŞ-ın ATƏT-dəki keçmiş nümayəndəsi Ceyms Gilmorun “Foreign Policy” nəşri üçün yazdığı məqalədəndir.

Onun fikrincə, bu faşist təcavüzünün qarşısını almaq üçün ABŞ Moskvaya qarşı sərt sanksiyalar tətbiq etməli, İsveç və Finlandiyanı NATO-ya cəlb etməli, həmçinin Rusiyanın bütün beynəlxalq təşkilatlardan kənarda qalmasına nail olmalıdır.

ABŞ prezidenti Co Bayden son mətbuat konfransında Rusiyanın Ukraynaya yaxınlaşan işğalına “ağ bayraq atmaqla” cavab verib. İndiyə qədər ABŞ Şərqi Avropada yeni yaranmış, lakin artıq təzyiq altında olan demokratiyanı dəstəkləyərək bu işğalı dayandırmağa çalışırdı. Mətbuat konfransında Bayden öz gözləntiləri barədə danışıb: Rusiya prezidenti Vladimir Putinin nə edəcəyi ilə bağlı suala Bayden “O, nəsə etməlidir” deyib. ABŞ-ın ATƏT-dəki keçmiş səfiri Ceyms Gilmor “Foreign Policy” nəşrində dərc olunan məqaləsində yazır ki, bununla o, bu hücumla razılaşdığını və buna ancaq iqtisadi sanksiyalar tətbiq etməklə cavab verəcəyini etiraf edib.

Ağ Evin mətbuat katibi Cen Psaki bu böhran dövründə ABŞ-ın kursu ilə bağlı Baydenin fikirlərini tez bir zamanda düzəltməyə çalışdı. Amma artıq gec idi: Putin hər şeyi eşitmişdi. Məhdud sanksiyalar təhlükəsi demək olar ki, Baydenin Putini yalnız ABŞ-ın dostu və Qərbin bir hissəsi olmaq istəyən Ukraynanı işğal etməyə dəvət etməsinə bərabərdir.

Böhran birdən başlamayıb.

Rusiya artıq Ukraynaya bir dəfə soxulub, xüsusən də hazırda Kiyevə qarşı hərbi dayaq rolunu oynayan Krımı ilhaq edib. 

Bütün bunlar Rusiyanın Gürcüstana təcavüzündən, Abxaziya və Cənubi Osetiyanın işğalından, Moldovanın istəyinə zidd olaraq Dnestryanıda hərbi kontingentin yerləşdirilməsindən sonra baş verdi.

Putin bildirir ki, NATO Rusiyaya çox yaxınlaşıb. O, Baydenin Ukraynanı bu alyansdan kənarda saxlamağa razı olmasını istəyir. O, həmçinin NATO-dan qoşunlarını Şərqi Avropadakı suveren dövlətlərdən çıxarmağı tələb edir. "Bir sözlə, Putin əslində NATO-nun kölgə-alyansa çevrilməsini tələb edir", - deyə müəllif hesab edir.

Ancaq həqiqət budur ki, bu böhranın Rusiyanın təhlükəsizliyi ilə heç bir əlaqəsi yoxdur. “Bu, həm ruslar, həm də ona aludə olan amerikalılar üçün nəzərdə tutulmuş saxta mesajdır. Müdaxilə Putinin köhnə sovet blokunu yenidən yaratmaq kimi strateji məqsədinə nail olmaq baxımından növbəti həlledici addım olacaq... Tarixi geriyə çevirmək üçün vacib addım Ukraynanın tabe olmasıdır. Bu da açıq bir sirrdir: Putin dəfələrlə ukraynalıların və rusların “bir xalq” olduğunu bəyan edib və bəzi məlumatlara görə, Ukraynanın əsl dövlət olub-olmaması ilə bağlı şübhələr yaradıb”, - deyə Gilmor yazır.

2021-ci ilin mayında eks-məmur Amerika Xarici Siyasət Şurasının nümayəndə heyətinin tərkibində Ukraynaya səfər edib, burada həm yüksək rütbəli məmur və hərbçilərlə əlaqə saxlayıb, həm də rusiyalı snayperlərin ukraynalı əsgərlərə atəş açdığı Donbasdakı cəbhə xəttinə baş çəkib. “Orada nə gördüm: Ukrayna özündən əl çəkməyib. Söhbət etdiyim hər bir dövlət məmuru, hər bir əsgər və Ukrayna vətəndaşı hücuma məruz qalacaqlarıı təqdirdə döyüşəcəklərini açıq şəkildə bildirdilər", - deyə eks-məmur xatırlayır.

Ukraynanın qətiyyətinə baxmayaraq, Putin hələ də strateji məqsədlərinə çatmaq üçün ona hücum edə bilər və o qərara alıb ki, həqiqət məqamı ya indidir, ya da heç vaxt. Məsələ burasındadır ki, köhnə sovet imperiyasının sakinləri üsyankar meyllər nümayiş etdirirlər: xalq üsyanları artıq Gürcüstan və Ukraynanın demokratikləşməsinə gətirib çıxarıb, Belarus, Qazaxıstan və hətta Rusiyanın özündən də yan keçməyib.

ABŞ-ın ATƏT-dəki səfiri kimi Gilmor Avropadakı geosiyasi vəziyyəti anlamağa başlayıb. Latviya, Litva, Estoniya, Rumıniya, Macarıstan, Polşa, Gürcüstan, Slovakiya, Çexiya kimi yenicə azad edilmiş ölkələr və keçmiş sovet imperiyasının bütün digər ölkələri Rusiyanın rəhbərliyi altında olmaq istəmirlər. Eyni zamanda, ABŞ-ın Böyük Britaniya, Fransa, Almaniya və digər ölkələrlə müttəfiqliyi güclüdür və bu ölkələr bilməlidirlər ki, Amerika onları darda qoymayacaq.

Müəllif vurğulayır ki, Birləşmiş Ştatlar Avropanın və bütün dünyanın taleyini həll edəcək yeni soyuq müharibə vəziyyətinə düşüb. Avtoritar ölkələr yüksəlmək üzrədir, lakin bu dövlətlərin vətəndaşları belə azadlıq həsrətindədir. Bir ölkə olaraq Birləşmiş Ştatların təməlində azadlıq və insan haqları durur və bu təməl bütün dünya insanlarının istəyidir. Buna görə də ABŞ-ın əlində başqa bir kozır da var - bütün dünya üzrə müttəfiqləri.

Ukraynaya hücum ABŞ-ın bir və eyni zamanda bütün digər müttəfiqlərinə hücum deməkdir. Şərqi Avropa ölkələri bunu başa düşür və buna görə də ABŞ-a bu qədər arxalanırlar.

“Mən ATƏT-də daimi nümayəndə olanda mənə aydın idi ki, indiki münaqişədə bir çox Avropa dövlətləri ABŞ-ın tərəfindədir. Ənənəvi olaraq neytral ölkələr olan İsveç və Finlandiya indi “finlandiyalaşma” təhlükəsi ilə üz-üzə olduqlarını anlayırlar. ABŞ-ın bu iki ölkəni aqressiv şəkildə ələ alması və onları NATO-ya qəbul etməsinin vaxtı çatıb”, - deyə Gilmor bildirib.

Rusiyanın faşist təcavüzünü seyr edən Qərb aydın başa düşməlidir ki, indi onun gələcəyi üçün mübarizə gedir. Bu cür davranışa cavab ilk rus əsgəri Ukrayna ərazisinə ayaq basan kimi tətbiq ediləcək sərt sanksiyalar olmalıdır. ABŞ kəşfiyyatı artıq xəbərdarlıq edib ki, Rusiyanın Ukraynadakı agentləri işğala bəhanə tapmaq üçün saxta təxribatlar planlaşdırırlar. Ukraynalılar, çox güman ki, artıq bu agentləri aşkar ediblər. Əvvəl onlar saxlanılmalı, sonra isə sanksiyalar sərtləşdirilməlidir.

Bununla belə, təkcə sanksiyalar Rusiyanı işğaldan çəkindirə bilməz, - deyə müəllif davam edir. Krımın işğalından sonra tətbiq edilən sanksiyalar Kremlin aqressiv davranışını dəyişməyib. Bundan əlavə, Baydenin "Şimal axını-2" kontekstindəki davranışı göstərdi kimi, saksiyalar müvəqqətidir. Sanksiyalar real, güclü və daimi olmalıdır, lakin ABŞ qoşunları səfərbər etməli olacağı ehtimalını da nəzərə almalıdır.

“Rusiya sivil dövlətlər arasından kənarlaşdırılmalıdır. Rusiyanın ATƏT-dən tutmuş bütün beynəlxalq təşkilatlardan çıxarılmasına cəhd olunmalıdır. ATƏT Helsinki sazişlərinin prinsiplərinin keşiyində dayanır. Bu prinsiplərə əsasən hər hansı bir ölkənin dünya dövlətləri tərəfindən sərhədləri tanınmış digər bir ölkənin ərazisinə hücum etməməsi  nəzərdə tutulur. Əgər ATƏT üzvləri Rusiyanı və onun satelliti olan Belarusu təşkilatdan xaric etməsələr, o zaman daha yaxşı vaxtlara qədər o, lazımsız təşkilat kimi qala bilər və ABŞ-ın isə ona pul verməsinə ehtiyac olmayacaq”, - deyə Gilmor hesab edir.

“Biz rus xalqına həqiqəti deməliyik. Putinin hökumət mediası rusiyalılara NATO təhlükəsinin qurbanı olduqlarını söyləyirlər. Amma bu yalandır və onların məqsədi rusların özlərinə tətbiq olunan və qonşularına hücum edən təcavüzkar roluna qarşı müqavimət göstərməsinə mane olmaqdır. Biz həm də daim özümüzü müdafiə etmək qabiliyyətimizi zəiflədən çəkişmələrdən danışmaqdansa, Amerika xalqına birliyin vacibliyini izah etməyə başlamalıyıq. Güclü olmağın vaxtıdır”, - deyə müəllif yekunlaşdırır.

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI18:37 - Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb?18:31 - Prezident WUF13-də çıxış edir - VİDEO/FOTOLAR

12 may

14:15 - "Azərbaycanla zəifləyən mədəni əlaqələri yenidən canlandırmağın vaxtıdır" - Rusiya XİN14:13 - Anklavlarla bağlı bir neçə variant nəzərdən keçirilir14:12 - Azərbaycan iqtisadiyyatı cüzi böyüdü14:10 - Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini anıb - FOTOLAR

28 aprel

15:04 - Ölkə başçısı Bəxtiyar Allahverdini "Tərəqqi" medalı ilə təltif edib14:56 - Prezidentdən 5 dövlət qurumuna tapşırıq - SİYAHI14:54 - Ermənistan bu kəndi Gürcüstana verib?14:47 - Zelenski İsraili sanksiyalarla hədələyib14:28 - "Senior Talks" layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTOLAR

27 aprel

13:10 - İranın gizli gücü - Rusiya sabitliyin əsas səbəbini açıqladı13:05 - Pakistan və İrandan mühüm iqtisadi addım - Yeni tranzit dəhlizi açıldı13:01 - Azərbaycanla sərhədin delimitasiyası tezliklə davam etdiriləcək - Paşinyan

13 aprel

12:22 - Azərbaycana gəlmiş ermənilərlə görüşdən nə əldə edildi? 12:18 - 300 milyonluq uyğunsuzluq12:12 - Paşinyan və Qarabağ ermənisinin söhbəti - "Belə də davam edin"