Böyük Britaniya da öz səfirliyinin əməkdaşlarını geri çağırır - Təhlükə artır

24 yanvar, 2022 17:08

ABŞ-ın ardınca Böyük Britaniya da Kiyevdəki səfirliyindən əməkdaşlarını geri çıxarmağa başlayıb. Londonda qeyd edirlər ki, britaniyalı diplomatlara Ukraynada birbaşa təhdid yoxdur, bununla belə personalın yarısını geri çağırmaq qərara alınıb.

“Bizim əməkdaşlarımızın və onların ailə üzvlərinin bir hissəsi Rusiya tərəfdən artan təhdidlər fonunda Kiyevdən geri çağırılır. Böyük Britaniya səfirliyi açıqdır və öz əsas funksiyalarını yerinə yetirməyə davam edir”, - Böyük Britaniya XİN-dən yayılan rəsmi bəyanatda bildirilir.

Bundan əvvəl ABŞ Dövlət Departamenti də Kiyevdən diplomatların və onların ailə üzvlərinin təxliyəsinin başladığını təsdiq edib. Hərçənd Dövlət Departamenti bunu təxliyə yox, xəbərdarlıq xarakterli addım adlandırır. ABŞ xarici siyasət idarəsinin yaydığı bəyanatda deyilir ki, Rusiyanın hərbi müdaxiləsi istənilən an başlaya bilər və bu zaman əməkdaşların Kiyevdən çıxarılması olduqca çətinləşər. Dövlət Departamenti habelə ABŞ vətəndaşlarını Rusiya və Ukraynaya səfərlərdən çəkinməyə çağırıb.

ABŞ-ın Kiyevdəki səfirliyində 900-a yaxın əməkdaş çalışır və bu, Birləşmiş Ştatların Avropadakı ən iri diplomatik missiyalarından biridir.

 ABŞ və Böyük Britaniya ilə yanaşı bu gündən etibarən Avstraliya hökuməti də Kiyevdən öz diplomatlarını və onların ailə üzvlərini çıxarmaq barədə sərəncam verib. Habelə digər Avstraliya vətəndaşlarına Ukraynanı öz hesablarına tərk etmək məsləhət görülür.

Avropa İttifaqı ölkələri isə hələlik diplomatlarını Kiyevdən geri çağırmağa tələsmir. Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel bildiirb ki, indiki mərhələdə buna heç bir tutarlı əsas yoxdur. “Hesab etmirəm ki, danışıqların hələ davam etdiyi bir vaxtda situasiyanı dramatikləşdirmək lazımdır”, - Borrel ABŞ dövlət katibi Entoni Blinkenlə videokonfrans formatındakı görüşündə bildirib(virtualaz.org).

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"