Rusiya Ukraynaya təcavüz etsə, hansı sanksiya ilə üzləşə bilər?

25 yanvar, 2022 11:10

Britaniyanın və NATO-nun aparıcı dövlətlərinin liderləri Ukraynaya qarşı təcavüz olunacağı təqdirdə Rusiyaya qarşı misli görünməmiş sanksiya panketinin tətbiqi barədə razılığa gəliblər.

Bu barədə Baş nazir Boris Consonun dəftərxanasının yaydığı bəyanatda deyilir.

Sənəddə bildirilir ki, dünən ABŞ, İtaliya, Polşa, Fransa, Almaniya, Avropa İtitfaqı və NATO-nun liderlərinin iştirakı ilə keçirilmiş onlayn görüşdə bu barədə razılıq əldə olunub.