Qərb Rusiyaya qarşı tam şəkildə birləşə bilibmi?

25 yanvar, 2022 17:42

ABŞ Prezidenti Co Bayden Rusiyanı Ukraynaya təcavüzdən çəkindirməklə bağlı Avropa liderləri ilə videokonfransdan sonra Qərb ölkələri arasında tam birlik olduğunu elan edib.

""Azadlıq" radiosu xəbər verir ki, 80 dəqiqəlik söhbət dünən - yanvarın 24-də baş tutub. Rusiyanın tezliklə Ukraynaya hərbi təcavüzə başlayacağı sarıdan narahatlıq artdığı bir vaxtda Pentaqon elan edib ki, Birləşmiş Ştatlar 8 min 500-dək əsgəri NATO ölkələrinə mümkün yerləşdirilməyə hazır vəziyyətə gətirib.

Vaşinqton Moskvanı mümkün hücumdan çəkindirmək üçün mötəbər sanksiya təhdidi yaratmağa, bundan ötrü transatlantik birliyi qoruyub saxlamağa çalışır. Rusiya Avropa İttifaqının (Aİ) qaz təchizatının 40 faizə qədərini verdiyindən bundan müttəfiqlər arasında fikir ayrılığı yaratmaq üçün vasitə kimi istifadə edə biləcəyi düşünülür.

Blokun 27 üzvünün Rusiyaya yanaşması və münasibətlərində kəskin fərqlər var. Almaniyanın yeni hökumətinin Ukraynaya müdafiə silahları göndərməkdən imtinası Kiyevin tənqidilə üzləşib. Aİ-nin ən güclü iqtisadiyyatı olan Almaniya müzakirə olunan ən kəskin sanksiyalardan biri – Moskvanı SWIFT qlobal ödəniş sistemindən ayırmaq məsələsində də tərəddüd edir.

Baydenlə söhbətdən sonra Kansler Olaf Şolts deyib ki, Rusiya Ukraynaya hücum edərsə, çox ağır nəticələrlə üzləşər və gərginliyin azaldılması Rusiyadan asılıdır.

“Çox, çox, çox yaxşı görüş keçirdim, Avropanın bütün liderləri ilə tam yekdillik mövcuddur”, –Bayden Britaniya, Fransa, Almaniya, İtaliya, Polşa, Avropa Şurası, Avropa Komissiyası və NATO liderləri ilə video konfransdan sonra jurnalistlərə deyib.

Fransa hökuməti Rusiya və Ukrayna rəsmilərinin Fransa və Almaniyadan həmkarları ilə yanvarın 26-da Parisdə görüşəcəyini açıqlayıb.

"Prezident Emmanuel Makron düşünür ki, diplomatiyaya yer qalıb, gərginliyi azaltmağın yolu var”, onun köməkçisi deyib. O, Makronun bir neçə günə rusiyalı həmkarı Vladimir Putinlə danışacağını vurğulayıb.

Pentaqonun sözçüsü Con Körbi isə deyib ki, kəşfiyyat məlumatları rusiyalıların hazırda gərginliyi azaltmaq niyyəti olmadığını çox aydın göstərir. Körbi 8 min 500-dək ABŞ əsgərinin regiona yerləşdirilmək üçün hazır vəziyyətə gətirildiyini qeyd edib.

“Bu, NATO müttəfiqlərimizi əmin etmək deməkdir. Bu, cənab Putinə çox aydın mesaj verir ki, NATO öhdəliklərimizə ciddi yanaşırıq”, – Körbi vurğulayıb.

NATO hələlik, müxtəlif ölkələrdən 40 minlik Reaksiya Qüvvələrini səfərbər etməklə bağlı qərar verməyib. Bu qüvvələr 2014-cü ildə 20 minlik çevik reaksiya bölmələri ilə genişləndirilib. Körbi deyib ki, alyansa Reaksiya Qüvvələrindən istifadə qərarına gəlsə, Birləşmiş Ştatlar müxtəlif bölmələrlə ona töhfəsini verəcək.

Son günlərin gərginliyi qlobal bazarlarda sabitsizliyi gücləndirib. Rusiyanın əsas səhmləri ucuzlaşıb, rubl ucuzlaşdığından mərkəzi bank xarici valyuta alışını dayandırıb. Yanvarın 25-də səhər yen və ABŞ dollarının məzənnəsi yüksəlib.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"