"ABŞ sanksiyaları ləğv edərsə... " - İran prezidenti şərt qoydu
26 yanvar, 2022 00:18
"İran ABŞ-la birbaşa danışıqlara hazırdır, lakin bunun üçün Vaşinqton Tehrana qarşı sanksiyaları ləğv etməlidir".
Bunu İran Prezidenti İbrahim Rəisi xalqa müraciətində deyib.
O qeyd edib ki, ölkələr arasında bu günə qədər birbaşa danışıqlar aparılmayıb.
"Lakin bu gün biz deyirik ki, əgər qarşı tərəf repressiv sanksiyaları ləğv etmək niyyətindədirsə, deməli, danışıqlar üçün yer var", - deyə İran Prezidenti bildirib.