Azərbaycanda ABŞ-ın gizli laboratoriyaları varmı - Rusiya bu iddiadan əl çəkmir

26 yanvar, 2022 10:49

Tanınmış jurnalist Arkadi Mamontovun sənədli filmində keçmiş SSRİ respublikalarındakı ABŞ bioloji laboratoriyalarından söz açılır, heç bir sübut göstərmədən Azərbaycanda da gizli laboratoriyaların mövcudluğunu iddia edib; Deputat: “Ermənistan hökuməti bunu təkzib etməyib, ancaq Azərbaycana qarşı böhtandır”

Yanvarın 22-də “Rossiya-24” telekanalında keçmiş SSRİ-nin bir çox respublikalarında ABŞ Müdafiə Nazirliyinin, yəni Pentaqonun maliyyə vəsaiti ilə tikilmiş mikrobioloji laboratoriyalarla bağlı sənədli film efirə verilib. Tanınmış araşdırmaçı jurnalist Arkadi Mamontovun “Andromeda ştammı” adlanan sənədli filmində keçmiş SSRİ respublikalarındakı ABŞ bioloji laboratoriyalarından söz açılır. Təəssüf ki, Rusiyanın peşəkar araşdırmaçı jurnalisti kimi bir çox maraqlı sənədli filmlərin müəllifi olan Mamontov heç bir sübut göstərmədən Azərbaycanda da belə laboratoriyaların mövcudluğunu iddia edib. Filmdə Ermənistandakı laboratoriyalar haqda da söhbət açılır.

Jurnalist bildirib ki, 3 milyon əhalisi olan Ermənistanda 12 belə laboratoriya mövcuddur. Lakin qeyri-rəsmi mənbələrə görə, ABŞ-da yaradılan referens - laboratoriyalar 2010-cu ildən Ukrayna, 2011-ci ildən Gürcüstan, 2016-cı ildən isə Qazaxıstan, Ermənistan və Özbəkistanda fəaliyyət göstərir. Ermənistandakı biolaboratoriyaların fəaliyyətinin Moskvanın narahatlığına səbəb olması yeni xəbər deyil. Mamontov filmində də bu narazılığı açıq göstərir, hətta erməniləri aşağılayan ifadələr işlətməkdən çəkinmir. Yada salaq ki, şübhələri aradan qaldırmaq üçün 2019-cu ilin payızında baş nazir Nikol Paşinyan rusiyalı mütəxəssislərlə əməkdaşlıq haqqında memorandumu imzalamağa razılıq vermişdi. Detallar razılaşdırılsa da, son anda Ermənistan tərəfi bu sənəddən imtina edib.

Belə laboratoriyaların Azərbaycanda olması barədə filmdə göründüyü kimi, bunu təsdiq edəcək heç bir fakt yoxdur. Əgər jurnalist filmi hazırlayarkən laboratoriyaların olduğu ölkələrə səfər edibsə, Azərbaycandan isə “yan keçilibsə”, demək, bu cür iddialar yalnız sözdür. Amma niyə Rusiya bu və ya digər səviyyələrdə bu iddiaları tez-tez dilə gətirər, o da maraqlıdır.  Bir neçə il öncə Rusiya Federasiyası Silahlı Qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının rəisi İqor Kirillov da iddia etmişdi ki, guya Azərbaycanda Pentaqonun nəzarəti altında olan laboratoriyalar var, hətta “yenidən qurulur ”.

“Azərbaycan ərazisində başqa dövlətin nəzarəti altında olan hər hansı laboratoriya yoxdur. Buna görə də, onların yenidən qurulması barədə söhbət gedə bilməz” deyə, Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti  iddiaları bu sözlərlə  təkzib etmişdi. Bəs, yenidən bu cür iddiaların ortaya atılmasının səbəbi nədir? ABŞ-Rusiya münasibətlərinin hədsiz gərginləşdiyi bir vaxtda bu cür laboratoriyaların gündəmə gətirilməsinin mənası varmı? Azərbaycanı Pentaqonun gizli laboratoriyası ilə əlaqədə suçlamaqla nə demək istəyirlər, rəsmi Bakı buna niyə reaksiya vermir, verməlidirmi?

Elman Nəsirov

Hakim Yeni Azərbaycan Partiyasından (YAP) deputat Elman Nəsirovun “Yeni Müsavat”a bidirdiyinə görə, Rusiyada siyasi palitra yekcins deyil: “Rusiya-Azərbaycan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır, liderlər arasında əlaqələr ən yüksək səviyyədədir, siyasi dialoq mühiti də yüksəkdir səviyyədədir. Lakin o demək deyil ki, Rusiyada bütün tərəflər bizə münasibətdə analoji yanaşma göstərir. Bu ölkədə ermənipərəst qüvvələr, erməni diaspor və lobbisi Rusiyanın informasiya mühitindən bəhrələnirlər, Azərbaycana qarşı yalanlar tirajlayırlar. Haqqında bəhs etdiyiniz məsələ də o qəbildəndir”.

Deputatın sözlərinə görə, Pentaqonun Ermənistanda bioloji laboratoriyasının olması danılmazdır və fəaliyyəti gizli deyil: “Ermənistan hökuməti bunu təkzib etməyib. Rusiya ilə Ermənistan arasında ziddiyyətlərdə ABŞ laboratoriyası faktı da qabardılıb. Eyni zamanda, postsovet məkanında niyə ən böyük ABŞ səfirliyinin İrəvanda olmasına toxunulmuşdu. Ona görə Rusiya hakim dairələri Ermənistanda həmin laboratoriyanın bağlanmasını dilə gətirirdilər. Paşinyan hökuməti isə bu məsələdə qətiyyətli mövqe qoymayıb, ikibaşlı oynayıb. Bir yandan bioloji laboratoriyanın Rusiya əleyhinə yönəlmədiyini iddia edir, digər tərəfdən ABŞ-la əməkdaşlığı davam etdirir. Ona görə jurnalistin sənədli filmi qismən düzdür”.

E.Nəsirov hesab edir ki, ancaq Azərbaycana qarşı böhtandır və bu yolla Rusiyanın hakim dairələrinin ölkəmizə təzyiq elementlərini yaratmaq cəhdi göstərilir: “Bu absurddur və heç bir fakta söykənmir. Üstəlik, bizim həmin bizim bioloji laboratoriyalara ehtiyacımız yoxdur”.

Qabil Hüseynli 

Professor Qabil Hüseynli qəzetimizə bildirdi ki, Mamontovun iddiaları əsassızdır. Bununla belə, məqsədli şəkildə ortaya atılmış dezinformasiya olduğunu söyləyən Q.Hüseynlinin fikrincə, Rusiya ilə Azərbaycanın arasını vurmaq niyyəti güdülür: 

“Belə laboratoriyanın Azərbaycanda olması mümkünsüzdür. Çünki müstəqillikdən sonra bütün əmlaklarımız suveren mülkiyyətimiz kimi qəbul olundu. Əgər elə laboratoriya olsaydı, cəmiyyətə çatdırılardı. Eyni zamanda, səlahiyyətli orqanlar, asayiş qurumları həssas idilər və belə fəaliyyətə imkan verilməzdi. Ona görə ABŞ-ın burada bioloji laboratoriyası mövcud olsaydı, cəmiyyət xəbər tutardı. Sadəcə, ortaya atılmış dezinformasiyadır. Düzdür, bəzi keçmiş sovet ölkələrində var, amma Azərbaycanla bağlı deyilənlər saxta məlumatlardır”. Q.Hüseynlinin sözlərinə görə, Rusiyada erməni diasporu mediada fəal çalışır: “Amma sözügedən jurnalist ciddi səhvə yol verib. Onun əlində sübut olsaydı, ya görüntüləri, yaxud təsdiqləyən hansısa faktı yayımlayardı. Azərbaycanda heç bir dövlətin bioloji laboratoriyası yerləşmir. Zaman-zaman bizə qarşı bu ittiham xarakterli iddialar səslənib, lakin təsdiqləyən sübutlar tirajlanmayıb. Azərbaycan heç bir qlobal gücün koloniyası deyil, o cümlədən də geopolitik savaşda hansısa alətə çevrilmək siyasəti aparmır. Bizdə hansısa ölkənin nə hərb bazası, nə laboratoriyası var, nə də hərbi alyanslara üzv olmuşuq. Azərbaycan bu siyasətlə özünü supergüclərin açıq təhdidlərindən də müdafiə etmiş olur”.

Erməni ekspert Qriqor Qriqonyan deyib ki, Ermənistan de-yure müstəqil olsa da, de-fakto ABŞ-ın koloniyası da hesab edilə bilər. Ekspert hesab edir ki, Rusiyanın əhatəsində yaradılmış ABŞ laboratoriyaları Moskvaya qarşı yönəlib. "Niyə virusların yayılmasının qarşısının alınmasını ABŞ Səhiyyə Nazirliyi deyil, Pentaqon maliyyələşdirir” sualına ekspertin cavabı belə olub: “Ermənistanda əsasən, brusellyoz, Sibir xorasının bioloji silah kimi istifadəsinin ekspermentləri keçirilir”.

Filmdə Gümrü və Göyçə gölü yaxınlığındakı laboratoriyalardan söhbət açılır, təhlükəli ekspermentlərin yaşayış zonasının yaxınlığında yerləşməsinə diqqət çəkilib. Mamontov milyonların ayrıldığı ABŞ laboratoriyasının yerləşdiyi Gümrüdəki aşağı həyat səviyyəsinə də diqqət çəkib. Ermənistanla bağlı bölümün sonu da maraqlıdır. "Bu sadə adamlar belə görünür ki, amerikalıların onların xeyrinə iş gördüklərinə inanırlar. Amma heç ağıllarına belə gəlmir ki, onları təcrübə dovşanı kimi istifadə edirlər...”(Musavat.com)/ 

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI18:37 - Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb?18:31 - Prezident WUF13-də çıxış edir - VİDEO/FOTOLAR

12 may

14:15 - "Azərbaycanla zəifləyən mədəni əlaqələri yenidən canlandırmağın vaxtıdır" - Rusiya XİN14:13 - Anklavlarla bağlı bir neçə variant nəzərdən keçirilir14:12 - Azərbaycan iqtisadiyyatı cüzi böyüdü14:10 - Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini anıb - FOTOLAR

28 aprel

15:04 - Ölkə başçısı Bəxtiyar Allahverdini "Tərəqqi" medalı ilə təltif edib14:56 - Prezidentdən 5 dövlət qurumuna tapşırıq - SİYAHI14:54 - Ermənistan bu kəndi Gürcüstana verib?14:47 - Zelenski İsraili sanksiyalarla hədələyib14:28 - "Senior Talks" layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTOLAR

27 aprel

13:10 - İranın gizli gücü - Rusiya sabitliyin əsas səbəbini açıqladı13:05 - Pakistan və İrandan mühüm iqtisadi addım - Yeni tranzit dəhlizi açıldı13:01 - Azərbaycanla sərhədin delimitasiyası tezliklə davam etdiriləcək - Paşinyan

13 aprel

12:22 - Azərbaycana gəlmiş ermənilərlə görüşdən nə əldə edildi? 12:18 - 300 milyonluq uyğunsuzluq12:12 - Paşinyan və Qarabağ ermənisinin söhbəti - "Belə də davam edin"