NATO Rusiyanı bu ölkələrdən qoşunları çıxarmağa çağırır
26 yanvar, 2022 23:37
NATO Rusiyanı Ukrayna, Gürcüstan və Moldovadan qoşunlarını çıxarmağa çağırır.
Bunu NATO-nun Baş katibi Yens Stoltenberq bu gün keçirilən mətbuat konfransında deyib. O bildirib ki, Alyans Rusiyanın təhlükəsizlik zəmanəti ilə bağlı tələbələrinə yazılı cavab hazırlayıb.
Baş katib qeyd edib ki, NATO heç bir ölkənin, o cümlədən Ukraynanın alyansa qoşulmaq hüququ ilə bağlı Rusiyaya güzəştə getməyəcək.
"NATO "açıq qapı" prinsipindən əl çəkməyəcək", - deyə o qeyd edib.