Keçmiş baş nazir Putini ölkəsinə qoşun yeritməyə çağırdı - "Əhalinin əhəmiyyətli hissəsi gözləyir ki, Putin nə vaxt hücum edəcək"

27 yanvar, 2022 09:49

Ukraynanın keçmiş baş naziri, Viktor Yanukoviçin hakimiyyətdən uzaqlaşdırılmasından sonra onunla birlikdə Rusiyaya qaçan Nikolay Azarov Putini Ukraynaya qoşun yeritməyə çağırır.

N.Azarov bu haqda “Solovyov Live” YouTube kanalında Kremlin təbliğatçısı Vladimir Solovyovla söhbətində deyib.

Onun sözlərinə görə, Ukrayna əhalisinin “əhəmiyyətli hissəsi” Rusiya qoşunlarının ölkəyə yeridilməsini gözləyir. Və ukraynalıların böyük əksəriyyətinin ruslarla döyüşməyə hazır olduğu haqda deyilənlər Azarovun fikrincə, "boş şeydir".

“Əhval-ruhiyyə hazırda belədir: əhalinin əhəmiyyətli hissəsi gözləyir ki, Putin nə vaxt hücum edəcək və ölkəni azad edəcək. Bu, əhalinin əhəmiyyətli hissəsidir. Təbii ki, onlar bu haqda publik olaraq danışmırlar, amma belə əhval-ruhiyyə var. Əhalinin əksər hissəsi belə düşünür ki, bundan betər ola bilməz”, - keçmiş baş nazir deyib.

Azarovun sözlərinə görə, Rusiya Ukraynaya hücum etsə indiki siyasi elita arasında panika başlayacaq və onlar öz aktivlərini, ailə üzvlərini xaricə qaçıracaqlar.

Qeyd edək ki, Azarovun adı bu günlərdə Böyük Britaniya kəşfiyyatı tərəfindən açıqlanan hesabatda Rusiya kəşfiyyatı ilə təmasda olan ukraynalı siyasətçilərin arasında yer alırdı.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"