"Ola bilsin heç Putinin özü də hazırda bunu bilmir…" - Kremlin planı sirr olaraq qalır

28 yanvar, 2022 10:07

Rusiyanın Qərbə təqdim etdiyi ultimatuma, yaxud “təhlükəsizlik təminatı sənədi” adlanan və NATO-nun nəinki keçmiş sovet respublikalarında hər hansı fəaliyyətini istisna edən, eləcə də Şərqi Avropa ölkələrindən çəkilməsini nəzərdə tutan tələblərə ABŞ-ın yazılı cavabı artıq Moskvaya təqdim edilib. Xəbər verildiyi kimi, cavabı yanvarın 26-da axşam Birləşmiş Ştatların Moskvadakı səfiri Con Sallivan Rusiya XİN-ə çatdırıb.

Ertəsi gün Kreml açıqlayıb ki, cavabı şəxsən Vladimir Putin oxuyub və Rusiya tərəfinin ona reaksiyası yaxın günlərdə açıqlanacaq. ABŞ tərəfi cavabın ictimaiyyətə açıqlanmamasını xahiş edib, amma Rusiya xarici işlər naziri Sergey Lavrov jurnalistlərə bildirib ki, onlar buna təminat verə bilməz. Çünki cavab ABŞ-ın müttəfiqləri ilə, o cümlədən Ukrayna ilə razılaşdırılıb və nəticədə mətn birdən çox ölkədə var. Və həmin mətnin sızması qaçılmaz olacaq və yaxın günlərdə ABŞ-ın cavabı açıqlanacaq.

Yanvarın 27-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-ın cavab məktubu barədə danışarkən demişdi ki, bu sənəddə dialoqun davam etdirilməsinin mümkünlüyünü göstərən məqamlar var, lakin Moskva özünün əsas tələblərinə qənaətbəxş cavab almayıb.

Cavabın məzmunu bəlli olmasa da bir məsələ dəqiqdir ki, ABŞ NATO-nun genişlənməyəcəyinə dair təminat verməkdən, yəni Ukrayna və Gürcüstan üçün alyansın qapılarının bağlanmasından imtina edib. Bunu həm ABŞ, həm Rusiya rəsmiləri təsdiq edirlər. Beləliklə, hesab etmək olar ki, ABŞ Rusiyanın ultimatumunun əsas bəndinə rədd cavabı verib və indi Moskvanın bunu bəhanə kimi istifadə edərək Ukraynaya hücum üçün “legitim əsaslar” əldə etdiyini irəli sürəcəyi istisna deyil.

Ötən gün yanvarın 27-də AzadlıqRadiosu-nun Vaşinqton redaksiyasına müsahibəsində ABŞ dövlət katibi Entoni Blinken deyib ki, Vaşinqton Rusiyanın Ukrayna və Avropada təhlükəsizlik nizamı ilə bağlı tələblərinə ABŞ-ın verdiyi cavaba münasibətini hələ də bilmir. O bildirib ki, Rusiya bundan sonra da “təcavüz yolunu” seçərsə, onu bunun “çox böyük nəticələri” gözləyir.

Entoni Blinken bununla bağlı suala cavab verərkən deyib ki, Vaşinqtonu indiki vəziyyətdə yalnız bir adamın fikri maraqlandırır: “Mən onlara təqdim etdiyimiz sənədə və NATO-nun onlara təqdim etdiyi sənədə Rusiyada müxtəlif adamların çoxsaylı reaksiyası barədə eşitmişəm. Lakin diqqətəlayiq olanı prezident Putinin cavabıdır. Rusiya tərəfi bildirir ki, sənəd artıq onun masasının üstündədir və biz cavab gözləyirik. Mən əminəm ki, bu cavab yaxın gələcəkdə xarici işlər naziri Lavrov və ya bir başqaları vasitəsilə bizə çatdırılacaq. Ən böyük əhəmiyyəti olan budur”.

Blinken deyib ki, cavab məktubunda ABŞ onun və onun müttəfiqlərinin Rusiyanın etdiyi və hazırda davam etdirdiyi hərəkətlərlə bağlı narahatlığını ifadə edib.

ABŞ dövlət katibi deyib ki, bu hərəkətlər bütöv şimali Atlantika regionunun təhlükəsizliyinə hədə yaradır: “Ona görə də  hazırda məsələ bundan ibarətdir ki, prezident Putin hansı yolu seçəcək. O, kollektiv təhlükəsizliyin möhkəmləndirilməsinə çalışılması üçün konstruktiv diplomatiyanın inkişaf etdirilməsi məqsədilə qarşılıqlı anlaşmanımı seçəcək? Yoxsa Rusiyanın Ukraynaya qarşı təcavüzünü davam etdirəcək? Biz hər iki varianta hazırıq”.

Putinin hansı yolu seçə biləcəyinə dair ehtimalları barədə sualın cavabında Blinken deyib: “Mən çox istərdim ki, bunu bilim. Mən təkrar edirəm ki, sizə Kremlin nəyə nail olmaq istədiyinə dair suala yeganə bir adam cavab verə bilər. Bu, prezident Putindir. Düşünmürəm ki, kimsə başqa birisi bunu bilir. Ola bilsin ki, heç Putinin özü də hazırda bunu bilmir. Çünki onun keçmişdə yanaşması belə olub. Bu indi də onun problemə yanaşmasını müəyyənləşdirir: O gələcək hərəkətlər üçün çox sayda variantlar yaradır. Bu, hərəkətlərin bütöv bir palitrasıdır. Siz bu spektrin yalnız bir hissəsini göstərə bilərsiniz”.

Blinken deyib ki, Rusiya hazırda Ukrayna sərhədlərində nəhəng hərbi qüvvə və texnika cəmləşdirib. Dövlət katibinin sözlərinə görə bu, Rusiyaya Ukraynaya şimaldan, cənubdan və şərqdən, hətta qərbdən də hücum etmək imkanı verir.

Blinken bildirib ki, bundan başqa Rusiyanın Ukraynada çevrilişə təhrik etmək üçün aldadıcı hərəkətlər, Moskvanın etdiyinə haqq qazandırmaq üçün təxribatı nəzərdə tutan hibrid hücum metodları da var: “Odur ki, biz əslində Rusiyanın nə edəcəyini bilmirik. Biz bilmirik ki, o mənim sadaladıqlarımdan hansınasa əl atacaqmı? Biz yalnız onu edə bilərik ki, tarixən şahidi olduğumuz faktlara əsaslanaq. 2008-ci ildə Rusiya Gürcüstana soxulub. 2014-cü ildə o Krımı qəsb edib və Donbasa girib. Bu təhlükələr bu gün də qalır. İndi isə Rusiya Ukrayna ilə sərhəddə çox böyük qüvvə cəmləşdirib. Bu bizim nəzərə almalı olduğumuz faktlardır. Amma artıq qeyd etdiyim kimi, Rusiya hansı yolu seçsə də, istər bizim üstünlük verdiyimiz diplomatik əməkdaşlıq, dialoq olsun, istərsə də yeni təcavüz aktları, biz bütün hallara hazırıq”.(virtualaz.org)

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI