NATO xüsusi nümayəndəsi: "Gürcüstan indidən hazırlıq görməlidir..." - Alyans bu məsələdə güzəştə getməyəcək

29 yanvar, 2022 13:31

NATO özünün açıq qapılar siyasətini Rusiyanın təzyiqi altında dəyişmək niyyətində deyil, lakin Gürcüstan kimi ölkələr bu alyansa qoşulmaq üçün əhəmiyyətli islahatlar həyata keçirməli, ərazi mübahisələrini həll etməlidirlər.

Bunu NATO-nun Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Xaviyer Kolomina deyib.

O, qeyd edib ki, Gürcüstan alyansa üzv olmaq üçün indidən hazırlıq görməlidir, hərçənd onun NATO üzvlüyü perspektivi hələ çox da yaxında deyil: “Biz bilirik ki, bu dəqiqə açıq qapılar siyasəti aktual deyil. Düşünürəm ki, Gürcüstan hakimiyyəti də bunu bilir. Amma onlar bütün hallarda hazır olmalı, ədliyyə, təhlükəsizlik və başqa sahələrdə zəruri islahatları həyata keçirməlidirlər”.

Hazırda Rusiya və Qərb arasında Ukraynaya görə qarşıdurma var. Bundan əvvəl Rusiya ABŞ və NATO-ya öz tələblərindən ibarət ultimatum verib. Rusiya NATO-nun şərqə doğru genişlənməyəcəyinə, Ukrayna və Gürcüstan da daxil heç bir keçmiş sovet respublikasının alyansa üzv qəbul edilməyəcəyinə dair yazılı qarantiyalar tələb edir. Yanvarın 27-də ABŞ və NATO Rusiyanın tələblərinə yazılı cavablarını təqdim ediblər. Amma bu sənəddə deyilir ki, NATO-ya üzvlük kimi təməl məsələlərdə Rusiyaya heç bir güzəşt edilə bilməz. NATO bundan əvvəl bildirib ki, hər hansı ölkənin alyansın sıralarına daxil olması onun suveren hüququdur.

Kolomina da bu məsələyə toxunub: “Biz ruslara son dərəcə açıq bildirmişik: Öz təməl prinsiplərimizi güzəştə getməyəcəyik. Biz Ukrayna və Gürcüstanın suverenliyi və ərazi bütövlüyü məsələsində güzəştə getməyəcəyik. Mənə 100 faiz aydındır ki, NATO özünün açıq qapı siyasətində güzəştə getməyəcək”.

Alyansın ən yaxın partnyorlarından biri olan Gürcüstan NATO-nun təlim və missiyalarında müntəzəm iştirak edir. 2008-ci ildə NATO-nun Buxarest sammitində müttəfiqlər qərara gəliblər ki, Gürcüstan NATO-ya üzv olmaq hüququna malikdir, amma bunun üçün lazımi tələblərə cavab verməlidir.

Lakin Gürcüstan hazırda bir sıra ölkədaxili problemlər yaşayır. Rusiya Gürcüstandan qopmuş iki separatçı bölgənin – Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıyıb. Bundan məqsəd Gürcüstanın NATO-ya qoşulmasını əngəlləmək olub.

Kolomina habelə Tbilisinin üzləşdiyi ərazi mübahisələri məsələsinə də toxunub: “Biz inanırıq ki, Gürcüstan Avroatlantika yolu ilə hərəkətinə davam edəcək. Gürcüstan NATO-ya üzvlüyə hazır olan kimi bunu edə biləcək. Hərçənd mən Gürcüstanın yalnız bir hissəsinin NATO-ya qoşulmasının mümkünlüyünü görmürəm”.

NATO səfiri daha sonra deyib: “Biz inanırıq ki, Gürcüstanın ərazi bütövlüyü fundamental prinsipdir. Buna görə də biz Rusiyaya qoşunlarını Gürcüstandan çıxarması üçün təzyiq göstərəcəyik və eyni zamanda Gürcüstanın NATO-ya qəbulu istiqamətində işləyəcəyik”.

Son illərdə Gürcüstan siyasi böhran yaşayır. 2020-ci ilin parlament seçkisindən bəri hakim Gürcü Arzusu partiyası ilə müxalifət arasında barışmaz qarşıdurma var. Böhran ana müxalifətin əsas siyasi qüvvəsi olan Vahid Milli Hərəkatın lideri, keçmiş prezident Mixail Saakaşvilinin  həbsi ilə daha da dərinləşib. Kolomina deyib ki, Gürcüstanın NATO üzvlüyünə gedən yolunda bəlkə də ən böyük əngəl islahatların ləngliyi və ölkədəki siyasi qütbləşmədir.

Bununla belə, NATO nümayəndəsi vurğulayıb ki, alyansla Gürcüstan arasında əməkdaşlıq bundan sonra da inkişaf etdiriləcək. O bildirib ki, NATO hər partnyorla birgə təlimlər keçirmir və Gürcüstanla belə təlimlərin keçirilməsi onun NATO səviyyəsində hərbi hazırlıq gördüyünü nümayiş etdirir(virtualaz.org). 

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI